• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Bizdə doğuş 800, qeysəriyyə 1000 manatdır” – Milli Məclisdə mobil reklam etirazı

  • Nida.az
  • 28 Oktyabr 2014 13:22
  • 727 Baxış
“Bizdə doğuş 800, qeysəriyyə 1000 manatdır” – Milli Məclisdə mobil reklam etirazı

Milli Məclisin bu gün keçirilən iclasında abunəçilərə göndərilən reklam xarakterli mesajlar məsələsi yenidən qaldırılıb.

Publika.az xəbər verir ki, deputat Elmira Axundova yaz sessiyasında bu məsələni qaldırdığını xatırladıb: “Sədr bununla bağlı komitəyə göstəriş vermişdi. Amma məsələ olduğu kimi qalır. Problem elan xarakterli mesajların mobil telefonlar vasitəsilə insanlara göndərilməsidir. Bu zaman hətta insanları aldadırlar. "Baku Medikal Mərkəzi" bu yaxınlarda mənə mesaj göndərib. Onu oxuyuram, siz də gülərsiniz: “Diqqət: bizdə doğuş 800 manat, qeysəriyyə əməliyyatı isə 1000 manatdır”. Təsəvvür edin ki, bunu 70 yaşlı xanıma göndərirlər”.


Deputat bu məsələ ilə bağlı hərəkətə keçilməsini və problemin həll edilməsini təklif edib.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR