Qüdrət Həsənquliyev: “Eldəniz və ətrafı əsl xəyanətkarlardır”
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev: “Eldəniz və ətrafı əsl xəyanətkarlardır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Milli Şuranı Azərbaycan polisi ilə bağlı mənfi rəy yaratmaqda ittiham edib.


Publika.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında çıxış edən Q. Həsənquliyev “Polis haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı bildirib ki, Milli Şuranın üzvü Eldəniz Quliyev Azərbaycan polisini gözdən salmaqla məşğuldur.

Onun sözlərinə görə, E. Quliyev, ümumiyyətlə, Azərbaycanda təxribat yaratmağa cəhd edənlərdəndir: “Bu adam yaxşı niyyətli deyil. İndi də polisləri gözdən salmaq istəyir. Haqlı olaraq daxili işlər naziri onu məhkəməyə verib. Bunlar vaxtilə mərhum eks-prezident Əbülfəz Elçibəydən də gizli iş görən şəxslərdir. Eldəniz və ətrafı əsl xəyanətkarlardır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm