“Sabunçu rayonunda bələdiyyələr artıq seçilib” – Şeyxin qudasından şok iddia
Bizi izləyin

Nida.az

“Sabunçu rayonunda bələdiyyələr artıq seçilib” – Şeyxin qudasından şok iddia

Qalib Salahzadə “Bələdiyyələrin statusu” haqqında qanun layihəsinin müzakirəsi zamanı şok fikirlər səsləndirib.


Publika.az xəbər verir ki, deputat Mərkəzi Seçki Komissiyasının bələdiyyənin statusunu ləğv etmək səlahiyyətinin olmadığını deyib: “Ümumiyyətlə, nə qədər ki icra hakimiyyətləri bələdiyyələrə nəzarət edir, onların inkişafından söz gedə bilməz. Hazırda bələdiyyə seçkiləri yaxınlaşır. Bu saat mən bilirəm ki, Sabunçu rayonunda bələdiyyələr artıq seçilib, hamı bilir ki, kim sədr olacaq. Mən bir az cürətli danışdım, amma düz danışdım”.

Qeyd edək ki, bir müddət əvvəl də 27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı Qalib Salahzadə rayondakı problemlərlə bağlı icra başçısı Adil Vəliyevi ittiham etmişdi.


Mili Məclisdə çıxış edən deputat Azay Quliyev bankların QHT-lərdən pul tələb etdiyi məsələsini qaldırıb: “Bəzi banklar müştəriləri arasında fərq qoyur. Bizə QHT-lərdən daxil olan məlumatlara görə, onlardan yüz, bəzən min manat tələb edilir. Bu qanunsuzdur”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm