• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Qabil Hüseynli: “Putin Ukraynanın düşməni olmadığını göstərir”

  • Nida.az
  • 28 Oktyabr 2014 15:46
  • 506 Baxış
Qabil Hüseynli: “Putin Ukraynanın düşməni olmadığını göstərir”

Ukrayna Ali Radasına ötən bazar günü keçirilən seçkilərdə səslərin 90 faizə yaxını sayılıb. Açıqlanan nəticələr onun deməyə əsas verir ki, ilk iki yeri Maydan qüvvələri olan baş nazir Arseniy Yasenyukun başçılıq etdiyi "Xalq cəbhəsi" Partiyası və prezidenti Pyotr Poroşenkonun “Pyotr Poroşenkonun Bloku” tutacaq.

Publika.az-a açıqlamasında seçkiləri şərh edən politoloq Qabil Hüseynli yeni parlamentin hökumət də daxil olmaqla hakimiyyətin bütün qollarının formalaşdırılması prosesini intensivləşdirəcəyini deyib.

Politoloq yaxın günlərdə Ukrayna hakimiyyət boşluğunun aradan qalxacağını bildirib: “Hakimiyyətin bütün qolları tam gücü ilə işə başlayacaq. Bu isə Ukraynaya öz ərazisini bərpa etməyə, iqtisadiyyatını dirçəltməyə, bir sözlə ölkənin ayaq üstə qalxmağa kömək edəcək. Seçkilərin nəticələri, çox güman ki, Donbas hövzəsində münaqişənin həllinə də müsbət təsir edəcək”.

Rusiya tərəfindən seçkilərin qanuniliyinin tanınmasına gəlincə, Q.Hüseynli vurğulayıb ki, bu, gözlənilən addım idi: “Seçkilərin nəticələrinin Moskva tərəfindən tanınmaması Rusiyaya ancaq zərər verə bilərdi. Bu, beynəlxalq birliyin gözündə Rusiyanın növbəti dəfə düşməsinə gətirib çıxarardı. Kreml bu hərəkəti ilə konstruktiv və Ukraynaya düşmən olmadığını göstərir, amma gizli şəkildə bu ölkəyə qarşı planlarını davam etdirir”.

Politloq hesab edir ki, qurulacaq koalisiya hökuməti yalnız "Xalq cəbhəsi" Partiyası və “Pyotr Poroşenkonun Bloku”nun iştirakı ilə qurmaq mümkün olmayacaq. Q.Hüseynli proqnozlarına görə, koalisiya hökumətində sabiq baş nazir Yuliya Timoşenkonun “Batkivşina” Partiyası yer almayacaq.

Ali Radada qərbyönümlü güclərin qələbə qazanmasının postsovet məkanındakı proseslərə nə dərəcədə təsir edəcəyinə gəlincə, Q.Hüseynli seçki nəticələrinin az və ya çox dərəcədə bütün ölkələrə təsir edəcəyini bildirib: “Ukrayna Ali Radasında keçirilən seçkilər müsbət nümunə hesab olunmalıdır. Bu müsbət nümunə isə postsovet məkanındakı bütün ölkələrə təsir edəcək”.

Q.Hüseynli Rusiyanın bundan sonra Donbas hövzəsində daha da fəallaşacağını təxmin edir: “Rusiya sakit dayanmır və separatçıları yeni silah növləri ilə təmin edir. Poroşenko da sakit oturmayacaq və oturmağa da mənəvi haqqı yoxdur. Poroşenkonun atdığı istənilən addım qanuni xarakter daşıyacaq və dünya birliyi tərəfindən qəbul olunacaq”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR