İH başçısının həyətinə ordu yeridildi – Yeniləndi/Fotolar
Bizi izləyin

Nida.az

İH başçısının həyətinə ordu yeridildi – Yeniləndi/Fotolar

Bu dəqiqələrdə aldığımız məlumata görə, Dərbənd rayonunun Bələdiyyə Şurasının (İcra hakimiyyəti) rəhbəri Qurban Qurbanovun yaşadığı evin qarşısına ordu qüvvələri cəlb olunub.

Yerli mənbənin Axar.az-a verdiyi məlumata görə, evə heç kim buraxılmır. Dərbənddə yaşayan azərbaycanlılar isə Q.Qurbanovun evinin ətrafına toplaşaraq qüvvələrin ərazini tərk etməsini tələb edir.

********

Dağıstan Prezident Administrasiyasının rəhbəri Ramazan Əliyev Dərbənd rayonuna səfər edib.

Bu barədə Axar.az-a Dərbənddəki mənbələrdən məlumat daxil olub.

Məlumatda Ramazan Əliyevin hazırda Dərbənd Rayon Administrasiyasının binasında olduğu və rayon rəhbərliyi vəzifəsini müvəqqəti icra edən Əli Xazbulatovun istefa verməsi haqqında ərizəsini yazmağı tələb etdiyi bildirilib. Mənbə bu dəqiqələrdə Dərbənddə rayon administrasiyasının qarşısına Qurban Qurbanovun tərəfdarlarının Əli Xazbulatova dəstək olmaq üçün toplaşdığı deyilib. Hazırkı sədrin vəzifəsini tərk edəcəyi təqdirdə bütün səlahiyyətlərin Qurban Qurbanovun digər köməkçisi Sultan Sultanova veriləcəyi söylənilib.

Mənbə həmçinin hazırda Qurban Qurbanovun evinin qarşısında içi maskalı şəxslərlə dolu “Niva” markalı avtomobilin dayandığını bildirib. Onların Qurban Qurbanovu daimi nəzarətdə saxladığı qeyd edilib. Bəzi şəxslər müşahidə aparanların Prezident Ramazan Abdullatipovun şəxsi mühafizəçiləri olduğunu söyləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm