YAP bələdiyyə seçkiləri ilə bağlı qərar verdi
Bizi izləyin

Nida.az

YAP bələdiyyə seçkiləri ilə bağlı qərar verdi

Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərində namizədliyini irəli sürməyə hazırlaşır.


Hakim partiyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, YAP sayı 15035 namizəd olmaqla bütün bələdiyyələrə öz namizədlərini irəli sürmək niyyətindədir.


“Yeni Azərbaycan Partiyası 2009-cu ilin bələdiyyə seçkiləri zamanı irəli sürdüyü namizədlər arasında gənclərin və qadınların sayının artırılması çağırışını növbəti bələdiyyə seçkilərində də davam etdirmək qərarına gəlib. O zaman Yeni Azərbaycan Partiyasının uğurlu seçki kampaniyasını aparan gənc və qadın namizədləri bələdiyyələrə seçilərək 2009-cu ildə formalaşan bələdiyyələrin tərkibində gənclərin və qadınların təmsilçiliyinin əhəmiyyətli dərəcədə artmasına müsbət təsir göstərə bilib. Ona görə də belə qərara alınıb ki, 2014-cü ildə bələdiyyələrə irəli sürülən namizədlər arasında gənclərin və qadınların sayı əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə daha çox olsun. Yeni Azərbaycan Partiyası bələdiyyələri və bələdiyyə seçkilərini gənclərin və qadınların ictimai - siyasi fəallığını yüksəltməyin mühüm şərti hesab edir. Yeni Azərbaycan Partiyası əminliklə ifadə edir ki, partiyanın bütün namizədləri, o cümlədən gənc və qadın namizədləri uğurlu seçki kampaniyası apara biləcək və bu dəfə də ölkə bələdiyyələrində sözügedən demoqrafik qrupların daha geniş şəkildə təmsil olunmasına layiqli töhfə verəcəkdir”, - deyə YAP-dan bildiriblər.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm