Azərbaycanlı deputatın həbsindən Bakıya şikayət ediləcək
Bizi izləyin

Nida.az

Azərbaycanlı deputatın həbsindən Bakıya şikayət ediləcək

“Akif Sayadov absurd ittihamlarla həbs olunub”.


Publika.az-ın bnkomi.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Ümumrusiya Azərbaycan Konqresinin regional bölməsinin sədri Fuad Sayadov Rusiyanın Komi Respublikasının Dövlət Şurasının deputatı Akif Sayadovun həbsinə münasibət bildirərkən deyib.


F. Sayadov istintaqın azərbaycanlı deputata qarşı sərt davrandığını bildirib: “Akif Sayadov ağır xəstədir və intensiv müalicəyə ehtiyacı var. İstintaqın bunu nəzərə almamasından təəssüflənirik”.


ÜAK rəsmisi məsələ ilə bağlı Komi Respublikasının rəhbərliyinə məlumat verildiyini deyib: “Bundan başqa, mən Ümumrusiya Azərbaycan Konqresinin rəhbərliyini və Azərbaycan hakimiyyətini bu məsələdən xəbərdar edəcəyəm”.

Qeyd edək ki, Akif Sayadov bir sıra iqtisadi cinayətlərdə və beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə ittiham olunaraq həbs edilib.

A.Sayadov 63 yaşındadır. O, “Uxtaneftqazgeologiya” ASC-nin baş direktorudur. Azərbaycanda - Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Neft-Kimya İnstitutunu (indiki Dövlət Neft Akademiyasını) kimyaçı-texnoloq ixtisası üzrə bitirib. 1990-cı ildə “Uxtaneftqazgeologiya” ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2006-cı ilin martında “İntaneft” QSC-nin əvvəlcə baş, sonra isə icraedici direktoru təyin edilib. 2008-ci ilin yanvar-may aylarında “Geotex Menecment” holdinqdə biznesin inkişafı üzrə direktor işlədikdən sonra yenidən “Uxtaneftqazgeologiya” ASC-yə qayıdıb. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib. Hakim “Vahid Rusiya” fraksiyasının üzvüdür.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm