• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

AXCP-dən 52 nəfər istefa verdi – Əli Kərimli çətin durumda

  • Nida.az
  • 29 Oktyabr 2014 13:25
  • 537 Baxış
AXCP-dən 52 nəfər istefa verdi – Əli Kərimli çətin durumda

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər şöbəsinin 52 üzvü partiyadan istefa haqqında bəyanat imzalayıb.


Publika.az-a daxil olan bəyanatda istefa səbəbi kimi şöbənin keçmiş sədri Kəmaləddin Rəhimova qarşı aparılan kampaniya göstərilib.

Şöbəyə İsa Qurbanovun sədr seçilməsindən sonra yeni sədrlə sabiq sədr arasında narazılığın yarandığı deyilir. Şöbənin Kəmaləddin Rəhimovdan əvvəlki sədri Mahir Qulubəyli partiya daxilində qarşıdurma yaratmaqda ittiham olunur.


“Maddi maraqlarına görə bəzi gənclər Kəmaləddin Rəhimov barəsində şərəfsizcəsinə şayiələr yaydılar. Savadlı insanlar sıxışdırıldı. AXCP rəhbərliyinə nizamnamə pozuntuları və qruplaşmalar barədə məlumat verilsə də, araşdırma aparmaq əvəzinə, “süni” konfrans keçirildi, hakimiyyətin “yaxın dostu” İsa Qurbanov bir həftə ərzində AXCP-yə üzv qəbul edildi və şəhər şöbəsinə sədr seçildi. Bu hadisələr zamanı baş verənləri hələlik açıqlamaq istəmirik. Son bir ildə savadsızlıqları ilə şəhərdə ad qazanmış 5-6 nəfər bizi bu qərarı verməyə vadar etdi. Təəssüflə qeyd edirik ki, son günlər baş verənlərlə bağlı AXCP rəhbərliyinə məlumat verilsə də, bunlara “dur” deyən olmadı. Ona görə də, aşağıda adı qeyd olunan AXCP üzvləri, bu təşkilatda üzv qalmağı özümüzə utanc görərək, istefa verdiyimizi bəyan edirik”, - deyə rayon şöbəsinin bəyənaytında bildirilir.


AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirli isə deyilənlərlə razılaşmayıb.


O, “Facebook” səhifəsində K. Rəhimovun 2013-cü il 9 iyun tarixində vəzifəsindən uzaqlaşdırıldığını yazıb: “Kəmaləddin Rəhimovun hakimiyyətə yaxın şəxslərlə əlaqəsi olub. Həmin şəxslərdən biri Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıdır. Akif Nağının hakimiyyətə bağlılığı hər kəsə bəllidir. Sumqayıt cəbhəçiləri də Kəmaləddin Rəhimovun Akif Nağı ilə isti münasibətdə olduğunu biləndən sonra toplaşıb onu partiyadan çıxarıblar”.

AXCP rəsmisi Akif Nağı ilə Kəmaləddin Rəhimovun birgə fotosunu da paylaşıb.


Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Publika.az-a açıqlamasında ittihamlara cavab verib. Öz növbəsində o, AXCP sədri Əli Kərimlini hakimiyyətdə işləməkdə ittiham edib: “Hakimiyyətə işləyən, ona yaxın olan siyasətçilərin önündə Əli Kərimli durur. 1995 və 2000-ci illərdə parlamentə gedən Əli Kərimli olub. Əgər parlamenti bəyənmirdisə, seçkilərin nəticələrinə etiraz edirdisə, niyə gedib orda otururdu? Yalandan hay-küy salmalarına baxmayın, onlar satılmağa meyllidirlər. Akif Nağı üçün hakimiyyət-müxalifət fərqi yoxdur. Mən Qarabağ Azadlıq Təşkilatının rəhbəriyəm. Bütün tərəflərlə münasibətim var. Kəmaləddin Rəhimov QAT-ın Sumqayıt şöbəsinə üzv olmaq üçün müraciət etmişdi. O, bizə müraciət edəndə dedi ki, AXCP Sumqayıt şəhər şöbəsinin sədri vəzifəsindən çıxıb. Onun partiyadan bizimlə əlaqəsi olduğuna görə çıxarılması ağ yalandır”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR