“Ağzından horra tökülən qeybətbazlar mikroblardan təmizlənsinlər”
Bizi izləyin

Nida.az

“Ağzından horra tökülən qeybətbazlar mikroblardan təmizlənsinlər”

Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy bir neçə gün öncə narazıların çay süfrəsinə toplaşmasını tənqid edən opponentlərinə sərt cavab verib.


Publika.az xəbər verir ki, S. Əlisoy onları tənqid edənləri qeybətbaz adlandırıb: “10-15 müsavatçının çay süfrəsində oturması bir neçə qeybətbaz kişinin heysiyyətinə toxunub. Düşünmədən ağızlarına gələni izhar edirlər. Ağzından horra tökülən birisi çay süfrəsindəki şəkli paylaşıb barəmdə guya ironiya ilə danışır. Digəri bir az da uzağa gedib bizi “xəyanətkar”, “antimüsavatçı” adlandırır. Anlamaq olmur, Müsavat bir siyasi partiyadır, yoxsa, terror, masson təşkilatı. Fərqli fikir söyləyəni dərhal “xəyanətkar” adlandırıb cəzalandırmaq təklifi irəli sürülür. Bu zehniyyətlə siz hara gedirsiniz? Bu zehniyyətlə Müsavatın hədəfə çatması imkansızdır. İçinizdəki mikroblardan təmizlənin. Fərqli düşünənlərə, biyyət etdiklərinizə biyyət etməyənlərə “xəyanətkar”, “antimusavatçı”, “satqın” damğası vuranlar çox yox, 5 dəqiqə öz bioqrafiyaları barədə düşünsün”.


Qeyd edək ki, bir neçə gün öncə Müsavatda narazı qrup çay süfrəsi arxasında fraksiya yaratmaq təkliflərini müzakirə ediblər. S. Əlisoy müzakirələrin bu gün də davam edəcəyini deyib: “Bu gün də müsavatçı dostlarla süfrə arxasında müzakirələrimiz olacaq. İştirak etmək istəyən maraqlanıb zamanı və məkanı öyrənə bilər. Buyurun, gəlin yeyin-için və fikrinizi bildirin. Sadəcə, “facebook”da qeybəti yığışdırın”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm