Nida.az
XİN: Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini ilhaq etmək siyasətini yürüdür
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycanın Zəngilan rayonunun Ermənistan tərəfindən işğalının ildönümü ərəfəsində qondarma rejim tərəfindən Zəngilanda uşaq bağçasının açılış mərasiminin keçirilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Publika.az-ın məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri v.i.e. Hikmət Hacıyev bildirib ki, prezidentlər səviyyəsində bu ilin 27 oktyabr tarixində Parisdə keçirilmiş görüşün fonunda Ermənistanın bu addımı təxribat xarakteri daşıyır.
O, qeyd edib ki, 1993-cü ilin 29 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Zəngilanda heç vaxt ermənilər yaşamayıb: "Bu kimi addımlar bir daha ona dəlalət edir ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini ilhaq etmək siyasətini yürüdür".
XİN rəsmisi deyib ki, işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən bu kimi fəaliyyətin aparılması 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarına birbaşa ziddir: "BMT Təhlükəsizlik Şurasının 1993-cü il 11 noyabr tarixli 884 saylı qətnaməsində Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi pislənilir və işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur".
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı