Partiya üzvü: “Məni Müsavatdan qovmağa hazırlaşırlar”
Bizi izləyin

Nida.az

Partiya üzvü: “Məni Müsavatdan qovmağa hazırlaşırlar”

“Məni Müsavatdan qovmağa hazırlaşırlar”.

Bunu Publika.az-a açıqlamasında Müsavat Partiyasının üzvü İsmayıl Kəsəmənli deyib.


Kəsəmənli buna onun Qubad İbadoğlunun tərəfdarı olmasının səbəb olduğunu bildirib: “Üzr istəyib, əfv diləməyimi istəyirlər. Mən heç vaxt söylədiyim haqlı fikirlərə görə heç kimdən üzr istəmərəm. Çünki mən Qubad İbadoğlu kimi haqqı söyləyən liderin yanındayam”.


İ. Kəsəmənli Müsavatda “qara siyahı”nın yavaş-yavaş reallaşdığını deyib. Onun sözlərinə görə, Məhəbbət Muradov bu siyahının qurbanı olub: “Onu özünün iştirakı olmadan partiyadan uzaqlaşdırdılar. İndi də növbə mənə çatıb. Məni də çıxarmaq istəyirlər. Güman ki, siyahı yavaş-yavaş genişlənəcək”.

Qeyd edək ki, Müsavatda yeni rəhbərlikdən narazı olanların uzaqlaşdırılması üçün “qara siyahı”nın olduğu iddia olunur. Partiyadan uzaqlaşdırılan Məhəbbət Muradovun da adı həmin siyahıda keçirdi.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm