Türkiyə lojistik böhrana çarə tapdı - Azərbaycan yolu
Bizi izləyin

Nida.az

Türkiyə lojistik böhrana çarə tapdı - Azərbaycan yolu

Türkiyə lojistik dəstəklə bağlı razılığa gələ bilmədiyi İranla danışıqları dayandırıb. Ankara Orta Asiya tranziti üçün istifadə etdiyi İran yolunu Azərbaycan yoluna dəyişəcək. Bu layihə 2015-ci ilin birinci rübündə həyata keçiriləcək.

Publika.az “Sabah”a istinadə xəbər verir ki, İran ilə Türkiyə arasındakı lojistik böhrana Xəzər dənizi çarə olacaq. Ankara və Tehran tranzitlə bağlı razılığa gələ bilməyiblər. İran məsələ ilə bağlı açıqlamasında “Türk TIR-larına benzin çatdırmayacağıq” deyib. Bundan sonra Türkiyə üzünü Azərbaycana çevirib. Belə ki, Türkiyə TIR-ları 2015-ci ilin birinci rübündən etibarən Orta Asiyadakı türk dövlətlərinə Azərbaycan üzərindən keçəcək.

Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin (UND) sədri Fateh Şənər Azərbaycan və Türkmənistanla apardığı danışıqlardan sonra İranla tranzit əlaqələrinə son verərək Türkmənistana aparılacaq TIR-ların Azərbaycan üzərindən həyata keçiriləcəyini deyib. Şənər “keçən həftə Azərbaycan tərəfi ilə görüşdük. Xəzər Dənizi üzərindən Türkmənistana gedəcək yolla əlaqədar bir xəritə təyin etdik. Azərbaycan bizə iki yükdaşıyan gəmi və iki bərə verdi. Bu yolla illik 30 min gediş-gəliş etmək mümkün olacaq. 2015-ci ilin birinci rübündə İrandan yox, Azərbaycan üzərindən Türkmənistana TIR daşıyacağıq. Qiymət də İrandan daha sərfəli olacaq” deyib.

Biz də Türkmənistan benzini alarıq

Şənər İranın məsələ ilə bağlı qoyduğu mövqenin dünyada başqa bir oxşarı olmadığını da vurğulayıb. UND sədri bu seçimin Türkiyə şirkətlərinə problem yaratmayacağını bildirib: “Əslində İranın verdiyi qərar bizə o qədər də təsir etmir. Əksinə, işimizi irəli saldı. İran bizə benzin satmayanda benzin deposuna möhür vururdu. Biz də buna görə benzini Türkmənistandan almaq məcburiyyətində qalırdıq. İranın bizə benzin satmaması litri 2 dollardan olmaqla, hər TIR-a 1.100 dolları İrana ödəməməyimiz deməkdir. Türkmənistanda benzinin litri 14 sent, İranda isə 18 sentdir”.

Benzin qaçaqmalçılığı ilə məşğuldurlar

İranlıların Türkiyə üzərindən benzin qaçaqmalıçılığı etdiklərin deyən Şənər bunun sxemini də açıqlayıb: “Biz bunu müəyyənləşdirmişik. İrandan çıxıb Tiflisə gedən TIR, Tehran-Bakı-Tiflis yolu ilə getsə 1.100 kilometr edir. Ancaq İran TIR-ları Türkiyədən Tiflisə gedəndə 1.790 kilometr yol edir. İran TIR-ları isə daha qısa olan Tehran-Bakı-Tiflis yolu ilə yox, Türkyədən keçərək Tiflisə gedir. Niyə? Çünki ucuz benzini gətirib Türkiyədə satırlar, sonra da Tiflisə gedib oradan litri 1 dollara olan benzin alıb yenidən gəlib Türkiyədə satırlar. Bunun sayəsində bir TIR iki min dollar xeyirlə İrana qayıdır”.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm