• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Qarabağ probleminin həlli üçün yeni “İncirlik”ə ehtiyac var” – MÜSAHİBƏ

  • Nida.az
  • 30 Oktyabr 2014 13:04
  • 885 Baxış
“Qarabağ probleminin həlli üçün yeni “İncirlik”ə ehtiyac var” – MÜSAHİBƏ

NATO-nun Bakı İnstitutunun rəhbəri Fərrux Məmmədov Publika.az-a müsahibəsində Paris görüşü və Cənubi Qafqazda yeni ssenariləri şərh edib.


- Rusiya müdafiə naziri Sergey Şoyqu Paris görüşündən az sonra Moskvanın xaricdəki hərbi bazalarını genişləndirəcəyini açıqladı. Bu çərçivədə Gümrüdəki hərbi baza da genişlənəcək. Paris görüşündə Qərbin Dağlıq Qarabağ münaqişəsini həll etmək istədiyi haqda informasiyalar yayıldı. Bunun fonunda Şoyqunun açıqlamasını necə şərh edərsiniz?


- Hər dəfə Dağlıq Qarabağla bağlı hansısa bir görüş və ya önəmli məsələ olduğu zaman Rusiya dərhal şantaj və təhdid mesajlarını verir. Rusiya müdafiə naziri Sergey Şoyqunun bu açıqlaması Rusiyanın növbəti təhdid və şantaj siyasətidir. Rusiyanın hazırki siyasəti artıq qlobal güc deyil. Moskva heç artıq heç bir qlobal problemin həllində rol oynamır. Onun xaricdə bir neçə yerdə hərbi kontingenti mövcuddur. Onlardan ən əsası Ermənistandadır. Gümrü bazasındakı hərbi güc hər il daha da artmaqdadır. Bununla bağlı Azərbaycan hökuməti məlumatlıdır. Düşünürəm ki, hökumət Rusiyadan izahat tələb etməlidir. Çünki Rusiya Dağlıq Qarabağ münaqişənin həlli ilə məsul olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrdən biridir.


- Gümrü bazasının gücləndirilməsi regionda güc balansının Ermənistanın xeyrinə dəyişməsi deməkdir. Sizcə, Azərbaycan buna alternativ addımlar ata bilərmi?


- Rusiya artıq Ermənistandakı Gümrü hərbi bazasını 20 ildir daimi olaraq silahlarla təchiz edir. Buna paralel olaraq Rusiya həmçinin Ermənistan ordusunu silah-sursatla və lazımı vasitələrlə təmin edir. Digər tərəfdən, Moskva guya münaqişənin həllində maraqlı tərəf kimi çıxış edir.

NATO 20 ildir Azərbaycana Gümrüdəki hərbi bazaya alternativ baza yaratmaq istiqamətində təkliflər edir. Azərbaycan tərəfi isə hələlik NATO-nun təklifinə cavab vermir. Bu baş verərsə, Rusiya yeni ssenari hazırlayacaq və bu ssenari üzrə hərəkət edəcək. Hesab edirəm ki, Rusiyanı tam nəzarətə almaq üçün Cənubi Qafqazda ikinci “İncirliyə” ehtiyac var. Bu həm də Dağlıq Qarabağ münaqişənin həllində önəmli rol oynaya bilər.


- Parisdə “Yol xəritəsi”nin hazırlandığına dair xəbərlər var. Bu xəritə nədən ibarət ola bilər və münaqişənin həllinə nə dərəcədə yardım edə bilər?


- Cənubi Qafqazın inkişafı, stabilliyi və sabitliyi yalnız Amerika və Avropa üçün önəmlidir. Rusiya isə bu bölgələrdə daim xaosun olmasına çalışıb. Çünki xaos olarsa, Rusiya üçün bölgəni idarə etmək və həmin coğrafiyada daha çox qalmaq imkanı yaranır. Dağlıq Qarabağ məsələsi ilə bağlı “Yol xəritəsini” təqdim edənlər Avropa və Amerikadır. Bu layihəni Avropa Birliyi və Amerika hazırlayıb. Bu layihənin əsas üstünlüyü ümumilikdə sülhün olması və dövlətlərarası problemin sıfıra endirilməsidir.

Konkret olaraq, Amerika və Avropa Cənubi Qafqazın üç ölkəsini NATO və Avropa Birliyinin ən güclü tərəfdaşı kimi görmək istəyir. Qərbin təklif etdiyi “Yol xəritəsi”ndə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemin həll olunmasını nəzərdə tutur. Bununla yanaşı, torpaqlar qaytarıldıqdan sonra birgə yaşayış məsələsi də öz əksini tapıb. Hazırda bu istiqamətdə proseslər gedir və 2015-ci ildə “Yol xəritəsi” ilə bağlı müəyyən addımların atılacağını görə biləcəyik.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR