• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Erməni cibinə baxan bu...” - Elçibəyin köməkçisi kimi ermənipərəst adlandırdı?

  • Nida.az
  • 30 Oktyabr 2014 13:16
  • 479 Baxış
“Erməni cibinə baxan bu...” - Elçibəyin köməkçisi kimi ermənipərəst adlandırdı?

Mərhum eks-prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş tarixçi Ədalət Tahirzadə bu yaxınlarda “Quzu” filmindəki roluna görə “Qızıl portağal” mükafatına layiq görülən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin Əkrəm Əylisli ilə bağlı fikirlərini dərc etdiyinə görə “Azadlıq” radiosunu sərt tənqid edib.


Publika.az xəbər verir ki, Ə. Tahirzadə “Əkrəm Əylislinin başına gələnlər bir linç kampaniyasıdır” başlığı ilə yayımlanmış yazını oxuyub əsəbiləşdiyini söyləyib: “Mən “Azadlıq” radiosunun Əkrəm Əylislini müdafiə kampaniyasını ürəkdən pisləyirəm! Azərbaycanda Əkrəmi ardıcıl müdafiə edən yeganə qurum bu radiodur. Bunu da təsadüfi saymıram. Çünki bu radio ABŞ-dan maliyyələşir. ABŞ isə Ermənistanın və ermənilərin mənafeyini həmişə Azərbaycandan və Azərbaycan türklərindən üstün tutub və tutmaqdadır. ABŞ indiyədək “Ermənistana işğalçı deyə bilmərik” siyasəti yürüdür. Əkrəm Əylisli “Daş yuxular” əsərində mənim millətimin heysiyyətini ermənilərin ayağı altına atıb və onu linç edib. Bəli, ABŞ və “Azadlıq” radiosu çalışacaq ki, Əkrəm Əylisliyə hətta bu ermənipərəstliyinə görə Nobel mükafatı da verilsin. Erməni cibinə baxan bu cür artistlərin danışdırılmasını da mən xalqıma təzyiq vasitəsi sayır və qətiyyətlə rədd edirəm! Heyif, o radioda çalışan gözəl qələmdaşlarıma! Onlar da maaşa görə xalqa qarşı yaramaz siyasətin quluna çevrilirlər”.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR