480 saat ictimai iş, 1000 manat cərimə - Eldəniz Quliyevə hökm oxundu
Bizi izləyin

Nida.az

480 saat ictimai iş, 1000 manat cərimə - Eldəniz Quliyevə hökm oxundu

Nəsimi Rayon Məhkəməsində Ziyalılar Birliyinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyevə hökm oxunub.


E. Quliyevin vəkili Elçin Sadıqov Publika.az-a açıqlamasında məhkəmə 480 saat müddətində ictimai işlərə cəlb olunma, həmçinin 1000 manat cərimələnmə qərarını verib: “Bundan başqa, icazəsiz ölkəni tərk etmək də qadağan olunub”.

Qeyd edək ki, Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Bundan sonra R. Usubov Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Ramil Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm