Rusiyalı politoloq: “İrəvanın indiki rəhbərliyi bunu bacarmaz”
Bizi izləyin

Nida.az

Rusiyalı politoloq: “İrəvanın indiki rəhbərliyi bunu bacarmaz”

“Qərblə Rusiyanın münasibətlərinin çətinləşdiyi indiki vaxtda Dağlıq Qarabağ münaqişəsinin həllində uğur gözləmək mümkün deyil”.


Publika.az xəbər verir ki, bunu rusiyalı ekspert Vitali Arkov Paris görüşünü dəyərləndirərkən deyib.


Onun sözlərinə görə, Paris görüşündən “Ermənistan Qarabağı qaytarır” kimi sensasiyalı xəbər gözləmək çətin idi: “Birincisi, Ermənistanda belə planlar yoxdur və İrəvanın indiki rəhbərliyi bunu bacarmaz. İkincisi, güclü erməni diasporunun olduğu Fransa beynəlxalq aləmdə Ermənistanın əsas himayəçisidir. Bu baxımdan, Fransua Ollandın İlham Əliyevlə Serj Sərkisyanı ciddi güzəştlərə məcbur edəcəyini gözləmək sadəlövhlük olardı. Fikrimcə, Paris raundu cəbhədə gərginliyin olmaması fikrini gücləndirməyə və münaqişənin danışıqlar yolu ilə sülh içində həllinə hesablanmışdı”.


V. Arkov hesab edir ki, Qərb və Rusiya nə qədər ortaq məxrəcə gəlməyiblərsə, Qarabağ münaqişəsini həll etmək tarixi də bir o qədər uzaq perspektivədir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm