“Sevinc Hüseynovanın MNTK sədri olacağı öncədən bəlli idi” – Qalmaqallı açıqlama
Bizi izləyin

Nida.az

“Sevinc Hüseynovanın MNTK sədri olacağı öncədən bəlli idi” – Qalmaqallı açıqlama

“Sevinc xanımın MNTK-nın sədri olacağı hələ qurultaydan əvvəl bütün müsavatçılara məlum idi”.

Bunu Publika.az-a açıqlamasında Müsavatın sabiq başqan müşaviri, Arif Hacılının əleyhdarı Hüseyn Məlik partiyada Sevinc Hüseynovanın Mərkəzi Nəzarət -Təftiş Komitəsinin (MNTK) sədri seçilməsinə münasibət bildirərkən deyib.

H. Məlik Sevinc Hüseynovanın özünün də MNTK sədri olacağını qurultaydan əvvəl dediyini bildirib: “O, Arif Hacılının qrupunda təmsil olunur. Özü də narazılara qarşı sərt mövqeyi ilə seçilir. Sevinc xanımın MNTK sədri olacağı gün kimi aydın idi. Belə qurultaya belə seçkilər yaraşır”.

Qeyd edək ki, dünən Müsavat Partiyası MNTK-ın növbəti iclası keçirilib. İclasda MNTK-nın bütün üzvləri iştirak edib. MNTK-nın iclasının gündəliyində üç məsələ olub: MNTK sədrinin seçilməsi, başqanlığa sabiq namizəd Qubad İbadoğlu tərəfindən MNTK-ya göndərilən arayışa verilən ilkin rəyin müzakirəsi və cari məsələlər.

Məlumata görə, MNTK sədrliyinə iki nəfər öz namizədliyini irəli sürüb. Sədr seçkisi gizli səsvermə yolu ilə keçirilib. Gizli səsvermə nəticəsində Sevinc Hüseynova səs çoxluğu ilə MNTK-nın sədri seçilib.

Gündəlikdə duran ikinci məsələ geniş müzakirə olunub və növbəti iclasda Qubad İbadoğluna arayışla bağlı yekun rəyin təqdim olunması qərara alınıb. Q. İbadoğlunun arayışına rəy bu gün keçiriləcək iclasda veriləcək.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm