Niyaməddin Orduxanlı: “Eldəniz Quliyevi Nardaranı süpürməyə göndərsinlər”
Bizi izləyin

Nida.az

Niyaməddin Orduxanlı: “Eldəniz Quliyevi Nardaranı süpürməyə göndərsinlər”

Bu gün Nəsimi Rayon Məhkəməsində Eldəniz Quliyevə qarşı növbəti məhkəmə prosesi keçirilib. Proses zamanı onun barəsində hökm çıxarılıb.

Məhkəmənin qərarına əsasən Eldəniz Quliyev 480 saat ictimai islah işlərinə cəlb olunacaq. Həmçinin o, 1000 manat cərimə olunub. Bundan əlavə, qərarda ekspertiza rəyinə uyğun olaraq, 140 manat pulun dövlət büdcəsinə keçirilməsi də öz əksini tapıb.

Publika.az-ın məlumatına görə, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Eldəniz Quliyevlə bağlı çıxarılan hökmə münasibət bildirib.

Partiya funksioneri qeyd edib ki, Eldəniz Quliyev layiq olduğu cəzanı alıb: “Onu layiq olduğu yerə - küçə süpürməyə göndərməklə tamamilə doğru qərar çıxarıblar. Amma yaxşı olardı ki, Eldənizi Bakının mərkəzi küçələrini süpürməyə göndərməsinlər. Mərkəzi küçələr onsuz da təmizdir. Zənnimcə, Eldəniz Nardaran qəsəbəsinin küçələrini süpürsə, daha yaxşı olar. Necə deyərlər, həm ziyarət, həm də ticarət”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm