Səfir: “Münaqişənin ədalətli həlli yeni perspektivlər açacaq”
Bizi izləyin

Nida.az

Səfir: “Münaqişənin ədalətli həlli yeni perspektivlər açacaq”

Cari ilin 6 fevral tarixində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ Milli Müdafiə Universitetinin Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə Kollecində professor-müəllim heyəti və tələbələrlə görüş keçirib.


Cari ilin 6 fevral tarixində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ Milli Müdafiə Universitetinin Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə Kollecində professor-müəllim heyəti və tələbələrlə görüş keçirib.

Səfirliyimizdən Publika.Az –a verilən məlumata görə, görüş zamanı E. Süleymanov iki dövlət arasında münasibətlərin strateji xarakter daşıdığını bildirərək, ölkəmizin ABŞ-la terrorçuluğun qarşısının alınması, enerji layihələri sahəsində ortaq maraqlardan çıxış etdiyini və tərəflər arasında etibarlı tərəfdaşlıq əlaqələrinin formalaşdığını qeyd edibdir. Regional enerji və infrastruktur layihələrindən bəhs edən diplomat bu layihələrin regionun ümumi inkişafına töhfə verəcəyini qeyd edib, həmçinin, Azərbaycandakı tolerantlıq mühiti və ölkəmizin sivilizasiyalarası və mədəniyyətlərarası dialoqa töhfələri barədə məlumatları görüş iştirakçılarının diqqətinə çatdırıb.

Səfir sivilizasiyaların kəsişməsində yerləşən ölkəmizin Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti sayəsində bundan sonra da dünyada sülh və təhlükəsizliyin təmin edilməsi, habelə qarşılıqlı anlaşma və əmin-amanlığın bərqərar edilməsində töhfələrini davam etdirəcəyini bildirib.

Diplomat Ermənistan-Azərbaycan münaqişəsi barədə iştirakçılara ətraflı məlumat verərək qeyd edib ki, ABŞ-ın da həmsədrlərindən biri olduğu Minsk qrupu prosesi çərçivəsində münaqişənin ədalətli həllinin tapılması, Azərbaycan və erməni xalqının ümumi rifahına xidmət edəcək və regional inkişaf üçün yeni perspektivlər açacaq. Görüş zamanı regiondakı təhlükəsizlik məsələləri, o cümlədən dəniz təhlükəsizliyi barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə Kollec ABŞ Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Müdafiə Universitetinin əsas təhsil müəssisələrindən biri hesab olunur. 2002-ci ildən fəaliyyət göstərən bu mötəbər təhsil müəssisəsi yüksək səviyyəli qərargah və komanda vəzifələri üçün təhlükəsizlik və strateji planlaşdırma məsələləri üzrə mütəxəssislər hazırlayır. Hazırkı zamana kimi dünyanın 85-dən çox dövlətindən mütəxəssislər qeyd olunan təhsil müəssisəsində təhsil alıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm