Rusiyalı deputatdan əcaib bəyanat: “Qarabağı Avrasiya İttifaqında görməkdən şad olacağıq”
Bizi izləyin

Nida.az

Rusiyalı deputatdan əcaib bəyanat: “Qarabağı Avrasiya İttifaqında görməkdən şad olacağıq”

Ermənistan-Rusiya parlamentlərarası komissiyasının rusiyalı həmsədri İrəvanda Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirəcək iddia ilə çıxış edib.


Publika.az xəbər verir ki, rusiyalı həmsədr Nikolaj Rıjkov Qarabağı Avrasiya İttifaqının tərkibində görməkdən şad olacaqlarını açıqlayıb.


“Biz Qarabağı Avrasiya İttifaqının tərkibində görməkdən şad olacağıq. Qarabağın ittifaqa hansı statusda girəcəyi gələcəyin işidir. Əgər bu, erməni ərazisi olacaqsa, problem yoxdur. Nizamnaməyə görə, həll olunmamış sərhədlərlə ittifaqa girmək mümkün deyil. Qarabağ münaqişəsi həll olunan kimi biz onu ittifaqın tərkibinə daxil etməkdən şad olacağıq”, - deyə Rıjkov bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm