• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Müsavatda yeni dava: Arif Hacılının qardaşından sərt sözlər

  • Nida.az
  • 30 Oktyabr 2014 19:46
  • 580 Baxış
Müsavatda yeni dava: Arif Hacılının qardaşından sərt sözlər

“Arif Hacılı hər zaman istər Müsavatda, istərsə də müxalifətin birgə strukturlarında Qubad İbadoğludan daha böyük vəzifə tutub. Parlament seçkilərində Müsavatın proporsional siyahısında Arif Hacılının adı digər başqanlığa namizədlərdən daha öndə olub. Majoritar sistemdə isə 10 mindən çox səsi rəsmiləşən yeganə müxalifətçidir. Bu təkzibolunmaz faktlar onun siyasi çəkisinin daha ağır olmasını göstərir. Hələ milli hökumətdə önəmli vəzifə tutmasını, istiqlalçı deputat olmasını, Müsavatda stajının çox olmasını demirəm. Qurultayda siyasi çəkisi daha ağır olan namizəd qalib gəlib”.


Publika.az xəbər verir ki, bu barədə Müsavat başqanı Arif Hacılının qardaşı, Məclis üzvü Mustafa Hacıbəyli partiyanın üzvü, yazar Elnur Astanbəylinin ittihamlarına münasibət bildirərkən deyib.


M. Hacıbəyli qarşı tərəfin əks-təbliğat aparmasını daha güclü adlandırıb: “Onlar bir sıra adamları, elə Elnur Astanbəylini də icra aparatının seçkidə Arif Hacılını dəstəkləməsinin qəbahətli olduğuna inandıra biliblər. Amma tək icra aparatı yox, Divan, MNTK, Məclis də seçkidə bu və ya digər namizədin tərəfini tutub. İcra aparatı deyilən struktur 7-8 nəfər maaşsız işləyən müsavatçıdan ibarətdir. İcra aparatının bir nəfər stabil maaş alan əməkdaşı da Qubad bəyi dəstəkləyib”.


Arif Hacılının qardaşı bir sıra məsələlər haqqında susduqlarını deyib. Onun sözlərinə görə, seçkidə qüsurlar olubsa, onlar daha çox məğlub tərəfin xeyrinə olub.


“Hörmətli Elnur Astanbəyli, şəxsləri PPK adlandırmağı sənə yaraşdırmıram. Mənim xasiyyətimə bələdsən. Mən öz ziyanıma olan həqiqətləri danmıram, onda qala qardaşımın. Açığı qardaşa hücumlar boş şeylərdir. Arif Hacılı son 20 ildə ən çox hücumlara məruz qalan siyasətçilərdəndir. Məni Müsavatda guya ədalətsiz və qeyri-şəffaf seçkinin keçirilməsi iddiaları yandırır”, - deyə o, bildirib.


Qeyd edək ki, E. Astanbəyli meydan.tv-yə müsahibəsində Müsavatda Partiya Patrul Xidməti (PPK) yaradıldığını və seçkilərin saxtalaşdırıldığını deyib. O, yeni başqana qarşı da bir sıra ittihamlar səsləndirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR