Politoloq: “İran şairlərə qarşı son ittihamlarla Azərbaycanın diqqətinə bunu çatdırmaq istəyir“
Bizi izləyin

Nida.az

Politoloq: “İran şairlərə qarşı son ittihamlarla Azərbaycanın diqqətinə bunu çatdırmaq istəyir“

"Aydındır ki, İran saytları "Arannews.ir" və "Rajanews.com"-un yaydıqları xəbərin arxasında İran hakimiyyəti dayanır".

Publika.Az-a açıqlamasında bu özləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu dünən "Arannews.ir" və "Rajanews.com"-un bu ölkədə saxlanılan iki Azərbaycan vətəndaşının narkotik qaçaqmalçılığı və casusluqda ittiham olunduğu ilə bağlı yaydığı xəbəri şərh edərkən deyib.

Məlumatlarda bildirilib ki, "özünü şair kimi qələmə verən qaçaqmalçılar" Fərid Hüseyn və Şəhriyar Del Gerani Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edərək Rusiyadan Avropaya narkotik daşımaqla məşğul olublar. "Rajanews.com" eyni zamanda gənc şairlərin İsrailin "Mossad" xüsusi xidmət orqanı ilə əməkdaşlıqda ittiham olunduğunu iddia edib.

Elxan Şahinoğlu deyir ki, saytlara bu məzmunda xəbəri birbaşa İran rejimi ötürüb:

"Belə görünürdü ki, son dövrlər Azərbaycan və İran arasında münasibətlər yaxşılığa doğru gedir və İran sərt mövqeyini mülayimləşdirəcək. İran saytlarının son məlumatları isə göstərir ki, bu, belə deyil. Münasibətlərin yaxşılaşmasına İran rejimi maraq göstərmir. İran şairlərə qarşı səslənən son ittihamlarla bunu Azərbaycanın diqqətinə çatdırmaq istəyir".

Xarici kəşfiyyatın peşəkarlarla deyil, məhz şairlərlə çalışması fikrinin absurd sayan Elxan Şahinoğlu qeyd edib ki, əsas məqsəd Azərbaycana təzyiq göstərməkdir: "Azərbaycanın İsraillə yüksək əməkdaşlığı var. Təbii ki, bu, İranın maraqlarına uyğun deyil".

Politoloq hesab edir ki, İran xarici dövlətlərlə gərginlik yaratmaqda maraqlı olsa belə, bunu sonadək etmək iqtidarı yoxdur:

"İran üçün qırmızı bir cizgi var. Bir müddət əvvəl İngiltərə vətəndaşlarını da casusluqda ittiham etmişdilər. Amam sonra buraxdılar. Azərbaycan vətəndaşları ilə də bağlı çox ciddi ittiham ortaya qoyublar, son nəticədə onların azad olunacağını düşünürəm. Nəzərə alaq ki, bu ittitamlara görə, İranda edam cəzası var. Qırmızı cizgini keçəcəyi halda İran üçün çox ciddi nəticələr ola bilər".

Politoloq Qabil Hüseynlinin fikrincə, şairlərə qarşı irəli sürülən ittihamların arxasında İran kəşfiyyat orqanı ETTELAAT dayanır:

"İranın irəli sürdüyü iddihamların heç bir əsası yoxdur. Bi ittihamlar birinci növbədə Azərbaycan dövlətinə qarşı yönəlib. İran Azərbaycanın İsraillə əlaqələrinə qarşı çıxır və bu əlaqələrin İrana qarşı olduğunu iddia edir".

Publika.Az əməkdaşının məsələyə İranın Azərbaycandakı səfirliyindən münasibətini öyrənmək cəhdi nəticə verməyib. Səfirin köməkçizi Babək Mustafazadəbu barədə danışa bilməyəcəyini bildirib və səfirliyin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri ilə əlaqə saxlamağı tövsiyə edib. Abbas İsgəndərinin isə işdə olmadığı deyilib.

Fərid Hüseyn və Şəhriyar del Gerani bu il mayın 2-də Təbrizdə tutulublar. Onlar İrana poeziya festivalında iştirak üçün gediblər.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm