Əlövsət Talışxanlı: “Müsavatın 50 faizdən çoxu Arif Hacılının legitimliyini tanımır”
Bizi izləyin

Nida.az

Əlövsət Talışxanlı: “Müsavatın 50 faizdən çoxu Arif Hacılının legitimliyini tanımır”

"Müsavat Partiyası üzvlərinin 50 faizdən çoxu Arif Hacılının legitimliyini tanımır”.


Bunu Publika.az-a açıqlamasında Müsavatın Mərkəzi Nəzarət və Təftiş Komissiyasının (MNTK) keçmiş üzvü Əlövsət Talışxanlı deyib.


Onun sözlərinə görə, partiyada narazılar böyük əksəriyyətdir: “Amma yeni rəhbərlik narazıları “azlıqlar” deyə təqdim edir. Mən 25 il həyatımı bu partiyaya sərf etmişəm. Məqsədimiz demokratik partiyanın qurulmasıdır. Rəhbərlik narazıların sayını açıqlamaqdan çəkinir. Partiyanın 50 faizdən çoxu yeni başqanın legitimliyini tanımır. Əsas funksionerlərin əksəriyyəti onu qəbul etmir. Qabaqcıl, partiyaya həyatlarını vermiş insanlar kənarda qalıb. Başqa-başqa insanlar rəhbərliyə gətirilir. Onların dediyi azlıq 5, yaxud 10 olar. 50 faizdən yuxarı üzv seçkini qəbul etmirsə, deməli problem böyükdür. Divanın keçmiş üzvlərinin 80 faizi yeni rəhbərliyi qəbul etmir. Müəyyən nüansları vaxtı gələndə açıqlayacağıq. Hələlik buna ehtiyac duymuruq. Partiyanın demokratik yolla inkişaf etməsini, azmışların doğru yola gəlməsini istəyirik”.


Ə. Talışxanlı partiyada nizamnamədən kənar davranışların olduğunu deyib: “Bu gün nizamnamə arxivə qoyulub. Nizamnamədən xəbər verən hərəkətlər yoxdur. Biz nizamnaməyə əməl edilməsini istəyirik. Hələlik sıravi üzv olaraq fəaliyyətimizi davam etdirməkdəyik. Fraksiya yaradılması ilə bağlı fikirlər var. Lakin müəyyən qədər zamana ehtiyac duyulur. Zamanla bu problemlərin həllini tapacağını düşünürük. Açıqlanan fikirlərdə məqbul olmayan müəyyən qüsurlar var. Biz bunlara da qarşıyıq. Lakin bu proseslərin əksər üzvlər və cəmiyyət tərəfindən də qəbul edilmədiyi ortadadır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm