Arif Hacılı: “Fraksiya niyyətinə düşənlər nüfuzdan düşəcəklər”
Bizi izləyin

Nida.az

Arif Hacılı: “Fraksiya niyyətinə düşənlər nüfuzdan düşəcəklər”

“Hər kəsin birlikdə fəaliyyət göstərməsinin tərəfdarıyam. Müsavat vahid bir komandadır. Hamını 27 sentyabrdan əvvəl tutduğu mövqeni unutmağa çağırıram”.


Publika.az xəbər verir ki, bunu Müsavat başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında deyib.


Onun sözlərinə görə, yaxın zamanlarda partiya çevikliyini artıracaq.

Müsavat başqanı partiya daxilində fraksiya yaratmaq ideyalarına da münasibət bildirib: “Partiya nizamnaməsində fraksiya yaradılması nəzərdə tutulmur və fraksiya yaradılması partiyanın maraqlarına uyğun deyil. Kimlər fraksiya fəaliyyəti niyyətinə düşəcəksə, partiya üzvlərinin qarşısında bir qədər də nüfuzdan düşəcək”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm