Nida.az
Məzahir Pənahov: “Seçki plakatları binaların divarlarından asılmamalıdır”
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, MSK-nın 27 oktyabr iclas protokolu səsə qoyularaq qəbul edilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının MSK-ya təqdim etdiyi məşvərətçi səs hüquqlu səlahiyyətli nümayəndəsinin qəbul edilməsi müzakirəyə çıxarılıb. MSK-nın katibi Arifə Muxtarova bildirib ki, YAP məşvərətçi səs hüququ səlahiyyətli nümayəndəsi kimi Aydın Böyükkişi oğlu Mirzəzadəni təqdim edilib. A. Mirzəzadənin nümayəndəliyi səs qoyularaq qəbul edilib.
MSK-nın iclasında Demokratik İslahatlar Partiyası və
Sosial-Demokratlar Partiya 2, Böyük Quruluş partiyası 10, Ana Vətən
Partiyasından 22 nəfər olmaqla səlahiyyətli nümayəndələrinin qəbulu
müzakirəyə çıxarılıb. Məsələ səsverməyə çıxarılaraq qəbul
edilib.
Həmçinin, partiyaların maliyyə məsələləri üzrə nümayəndələri qəbul edilib. Daha sonra bəzi dairə seçki komissiyalarının rəhbərlərinin dəyişdirilməsi məsələsi müzakirə olunub.
Məzahir Pənahov bələdiyyə seçkilərində iştirak edən 10 siyasi partiyanın seçkiyə hazırlıq işlərinə başladığını vurğulayıb: “Bu günə kimi 959 nəfər namizəd Dairə Seçki Komissiyalarına (DSK) bildiriş verib”.
MSK seçki plakatların binaların divarlarından asılmasına qarşı
çıxıb: “Bu plakatları divarlara asmaq olmaz. Bu şəhərin ümumi
gözəlliyinə xələl gətirir. Xüsusilə sonradan divarlarda xoşagəlməz
ləkələr qalır. Plakatlar müasir dayanacaqlarda, böyük ticarət
mərkəzlərinin vitrinlərində, ümumiyyətlə insanların gur olduğu
yerlərdə asılmalıdır. Görünməyən yerlərdə onların asılmasının
mənası yoxdur”.
M. Pənahov MSK-nın təşəbbüsü ilə artıq televiziya kanallarında
namizədlərin təbliğat-təşviqat kampaniyasının başladığını deyib:
“Bu günə qədər AzTV, “Xəzər”, “Space”, İctimai televiziyalarında
bələdiyyə seçkiləri ilə bağlı təbliğat süjetləri yayımlanır.
Həmçinin, namizədlər də öz platformalarını açıqlayırlar. Bu proses
daha da sürətləndiriləcək”.
Asif
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO