Hərbçilərimiz sülhü dəstəkləmə əməliyyatlarına dair kursu keçəcəklər
Bizi izləyin

Nida.az

Hərbçilərimiz sülhü dəstəkləmə əməliyyatlarına dair kursu keçəcəklər

Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən fevralın 10-dan 21-dək Vışkov şəhərində (Çex Respublikası) Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu keçiriləcək.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq Planına əsasən fevralın 10-dan 12-dək İslamabad şəhərində (Pakistan) Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun 5-ci görüşü və Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən fevralın 10-dan 21-dək Vışkov şəhərində (Çex Respublikası) Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm