Maksim Şevçenko: “Qarabağ münaqişəsinin həlli Ankara və Tehransız çətin olacaq”
Bizi izləyin

Nida.az

Maksim Şevçenko: “Qarabağ münaqişəsinin həlli Ankara və Tehransız çətin olacaq”

Rusiya prezidenti yanında millətlərarası münasibətlər üzrə şuranın üzvü Maksim Şevçenko Cənubi Qafqazda son hadisələri şərh edib.


Publika.az xəbər verir ki, Şevçenko “Vesti kafkaza” saytına açıqlamasında Rusiya və Azərbaycanın qarşılıqlı müsbət münasibətləri olduğunu deyib.

M. Şevçenko Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünü Rusiya diplomatiyasının uğuru adlandırıb: “Ermənistanın Avrasiya İttifaqına girməsi Azərbaycan üçün təhlükə deyil. Əksinə, bu, Qarabağ münaqişəsinin həll edilməz vəziyyətini dəyişə bilər. İrəvanın Gömrük Şurasında iştirakının Qarabağ münaqişəsinin həllinə yardım edəcəyini demək mümkündür. Xüsusilə, gömrük postlarının qurulması əhəmiyyətlidir. Çünki Ermənistan Azərbaycanın etirazı ilə BMT tərəfindən tanınmış sərhədlərlə ittifaqa daxil olur. O zaman Qarabağ hər iki tərəf - Azərbaycan və Ermənistanla sərhədlər arasında qalır. Bu çox mürəkkəb proseduradır və münaqişənin bu və ya digər formada həllinə yardım edə biləcəyini düşünürəm”.


M. Şevçenko iddia edib ki, Qərb münaqişənin həllində maraqlı deyil: “Mən avropalı və amerikanların bu münaqişənin uzanmasında maraqlı olduğunu əvvəldən demişəm. Çünki bu, regiona təsir etmək üçün onlara əlavə imkanlar açır. Münaqişənin həlli üçün tərəflərin özləri hərəkət etməlidir. Bununla yanaşı, bölgəyə yaxın olan Rusiya, İran, Türkiyənin konkret siyasi razılığına ehtiyac var. Son iki ölkə tam şəkildə vasitəçiliyə qoşulmayıb. Amma mən Tehran və Ankara ilə məsləhətləşmələrin aparıldığına əminəm. Onlarsız problemin həlli son dərəcədə çətin olacaq”.


M. Şevçenko Parisdə rəsmi Bakının davranışlarını təqdir edib: “Qarabağ münaqişəsi Azərbaycan xalqı və hakimiyyəti üçün olduqca ağrılı problem olmasına baxmayaraq, Bakının Paris görüşündə mövqeyi, özünü əsl dövlət kimi aparması və ciddi dialoqun tərəfdarı olması təqdirəlayiqdir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm