• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azərbaycan Yaponiyaya nümunə göstərildi: “Bakı balıq kimi manevr edir”

  • Nida.az
  • 1 Noyabr 2014 13:25
  • 501 Baxış
Azərbaycan Yaponiyaya nümunə göstərildi: “Bakı balıq kimi manevr edir”

Putin Yaponiyaya nə vaxt səfər edəcək? Bu məsələni gündəmə gətirən Yaponiyanın “Asahi Shimbun” nəşri Tokio administrasiyasına Azərbaycan və bir sıra ölkələri nümunə göstərib.


Publika.az xəbər verir ki, nəşr Rusiya prezidenti Vladimir Putinin Tokioya səfər ideyasının ötən ilin aprelində gündəmə gəldiyini yazıb.


“Onda yapon lider Rusiyaya baş çəkdi, Soçidə Olimpiada oyunlarının açılış mərasimində iştirak etdi. O zaman Vladimir Putinin bu ilin payızında Yaponiyaya səfəri məsələsi razılaşdırıldı. Hər iki ölkənin diplomatları səfərin noyabrda olacağına ümid edirdilər. Tərəflər Putinin Asiya səfəri zamanı Yaponiyaya da baş çəkəcəyini güman edirdilər. Bununla belə, artıq noyabrın ilk günü olmasına baxmayaraq, səfər proqramı razılaşdırılmayıb. Lakin tərəflərdən heç kim “səfər ləğv edilib” açıqlamasını da vermir. Bütün hallarda, səfərin proqramlaşdırılması üçün praktiki baxımdan vaxt azlığı var”, - deyə nəşr yazıb.


Nəşr Yaponiya hökumətinin Putinin səfərindən çəkindiyini iddia edib. Nəşrə görə, Ukrayna hadisələrindən sonra Tokio ilə Moskva arasında münasibətlərin durğunluq dövrü başlayıb: “Yaponiya Senkaku və Takesima adalarına görə Çin və Cənubi Koreya ilə münaqişə edir. Bunun fonunda Tokioya Moskva ilə münasibətləri dərinləşdirmək lazımdır. Lakin bunu bacarmırlar. Burda daha çox ABŞ-ın təhdidləri var. Vaşinqton sanki Putinin Yaponiya səfərinin baş tutmaması üçün Tokioya əmr verib. Lakin Avropa Birliyinin bir hissəsi olan İtaliya öz maraqları çərçivəsində Moskva ilə təmasları tam kəsmir. Bu il İtaliyanın xarici işlər naziri Federika Moqerini Rusiyaya baş çəkərək Vladimir Putinlə görüşdü. Bu səfər İtaliyanın bir növ Moskvanı salamlaması idi. Hazırda Qərb ölkələrinin əksəriyyəti Putini qəbul etmir, amma burada Avstriya da istisnadır. İyun ayında Putin rəsmi səfərlə Avstriyaya baş çəkdi. Tərəflər Rusiyadan qaz kəmərinin tikinti layihəsini inkişaf etdirməklə bağlı razılığa gəldilər. Yaponiya diplomatlarının biri bu haqda “ABŞ bu səfərə mane olmağa çalışırdı. Amma mən Avstriyanın cəsarətinə heyranam” deyə reaksiya vermişdi. Təəssüf ki, Yaponiya bu qədər bacarıqlı deyil”.


Daha sonra “Asahi Shimbun” Azərbaycanı Yaponiya hökumətinə nümunə göstərir: “Xəzər sahillərindəki bu kiçik ölkə iki nəhəng güc olan ABŞ və Rusiya, eləcə də regionun digər gücləri arasında sanki balıq kimi manevr edir. Bakı ABŞ kimi nəhəngin istəklərini öz maraqlarına qurban verməməkdə israrlıdır. Onlar Qərblə qarşılıqlı münasibətləri saxlayır, iqtisadi layihələri, xüsusilə enerji sahəsində əməkdaşlığı genişləndirir. Lakin yaxın qonşusu böyük Rusiyanı da unutmurlar. Moskva ilə hərbi, iqtisadi, siyasi sahələrdə münasibətlərini qoruyur. Hərçənd, onlar Yaponiya kimi böyük ölkə deyil. Cəmi 20 illik müstəqillik tarixinə malikdirlər. Amma rəsmi Bakı bu gün Tokio üçün bariz nümunədir”.


Asif Nərimanlı



Xəbər lenti

DAHA ÇOX XƏBƏR