Partizanlar söz verdilər: “Yanınızda olan hər şey partlayacaq və yanacaq” – FOTOFAKT
Bizi izləyin

Nida.az

Partizanlar söz verdilər: “Yanınızda olan hər şey partlayacaq və yanacaq” – FOTOFAKT

Ukrayna partizanları 25 oktyabrda Donetskdə “Donetsk Xalq Respublikası” separatçı qurumun bayrağı üzərində nasizmin emblemini çəkiblər.

Publika.az-ın verdiyi xəbərə görə, partizanlar internetdə paylaşaraq separatçılara mesajlarını çatdırıblar.

“Bizim torpağımızdan yox olun. Biz söz veririk ki, separatçılar olduqları blokpostlardan itməkdə davam edəcək. Sizin yanınızda olan hər şey partlayacaq və yanacaq. Sizə təzyiq göstərəcəyik, amma hələ əzməyəcəyik. Gedin və ətrafınıza göz gəzdirin!", - deyə Donbas hövzəsindəki partizanlar bildirib.

Bundan əvvəl isə partizanlar Donetskdə törədilən partlayışlara görə məsuliyyəti üzərinə götürmüşdülər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm