Müdafiə Nazirliyindən fövqəladə toplantı ilə bağlı - Açıqlama
Bizi izləyin

Nida.az

Müdafiə Nazirliyindən fövqəladə toplantı ilə bağlı - Açıqlama

Fevralın 6-da Müdafiə Naziri general polkovnik Zakir Həsənovun cəbhə bölgəsində fövqəladə toplantı keçirməsi barədə mətbuatda məlumat yayılmışdı.

Fevralın 6-da Müdafiə Naziri general polkovnik Zakir Həsənovun cəbhə bölgəsində fövqəladə toplantı keçirməsi barədə mətbuatda məlumat yayılmışdı.

“Qafqazinfo” məsələ ilə əlaqədar Müdafiə Nazirliyinin Mətbuat Xidəmətinə sorğu göndərib. Nazirlik rəsmi olaraq bildirir ki, fevralın 6-da fövqəladə toplantı deyil, cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində Müdafiə Nazirliyinin genişləndirilmiş səyyar kollegiya iclası keçirilib.

Toplantıda Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə və idarə, müstəqil xidmət rəisləri, birlik komandirləri və qərargah rəisləri iştirak edib. Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı, təşkili və bir sıra xidməti məsələlər müzakirə edilib. Aparılan fəaliyyətlərlə bağlı birləşmə komandirlərinin, vəzifəli şəxslərin məruzələri dinlənilib və Müdafiə naziri qısa zaman ərzində müdafiə zolağının təkmilləşdirilməsi, döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib. Bir neçə komandirin fəaliyyətinin tənqid olunduğu və ciddi cəzalandırıldığı haqda mətbuatda verilən məlumatların heç bir əsası yoxdur və bunu qəti olaraq təkzib edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm