• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Partiyada ayrımçılıq etdiniz” - Qubad İbadoğluya sərt ittiham

  • Nida.az
  • 3 Noyabr 2014 11:06
  • 355 Baxış
“Partiyada ayrımçılıq etdiniz” - Qubad İbadoğluya sərt ittiham

Müsavat başqanının müavini Səxavət Soltanlı başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun partiya rəhbərliyinə ittihamlarına cavab olaraq xüsusi yazı ilə çıxış edib.


“Heç kim Müsavata nə müəssisə, nə də laboratoriya kimi baxa bilməz”


Publika.az-a daxil olan yazıda S. Soltanlı Q. İbadoğlunun “İndiki fikir ayrılıqları Müsavatın yönəldilməsi, siyasəti və strategiyası ilə bağlı fikir ayrılıqlarıdır” sözlərinə cavabında Müsavat Partiyasının siyasətində, strategiyasında, yönəldilməsində heç bir dəyişikliyin edilmədiyini bildirib: “Siz Divan üzvü olan zamanlarda necə idisə, indi də eyni qaydada, eyni hədəflər istiqamətində fəaliyyət göstərir. Siyasi xətt dəyişməyib. Bu siyasət ümumilikdə Azərbaycanda demokratik dəyişikliklərə nail olmaq xəttidir. Siz bu xəttə qarşısız, Qubad bəy? Bu siyasətə qarşısızsa, niyə rəhbərlikdə olduğunuz illər ərzində bu narazılığı etmirdiniz? Kimin nüfuzlu olub olmaması məsələsi nisbi olduğu üçün “Peşəkarlıq, təcrübə, ictimai nüfuz nəzərə alınmadan bütün strukturlar formalaşıb” fikriniz kökündən yanlışdır. Nüfuzlu müsavatçıların seçdikləri şəxslərdən və fəaliyyətləri ilə seçilən insanlardan strukturlar formalaşır və bu proses hələ də davam edir. Əgər həqiqətən belə bir iradınız varsa, o zaman ad çəkin, kimin yanlış təyin olunmasını və ya təsadüfi seçildiyini də deyin. Nizamnamə pozuntusu haqqında dediklərinizə gəlincə, indiki halda nizamnamə siz və sizə yaxın bir neçə şəxs tərəfindən kobudluqla pozulur. Bütün müsahibələrinizdə partiya haqqında işlətdiyiniz “Müəssisə” sözü məncə uğursuz bir müqayisədir, əslində bu söz sizin partiyaya baxışınızı ifadə edir. Heç kim Müsavat Partiyasına nə müəssisə, nə də laboratoriya kimi baxa bilməz. Müsavat Partiyası “arzular və istəklər”lə deyil, nizamnamə ilə idarə olunur. Nizamnamə qurultayın seçdiyi başqana tanıyır!”.


“Nüfuzla bağlı dedikləriniz partiyanı aşağılamaq cəhdidir”


Başqan müavini Q. İbadoğlunun partiyanın hazırkı rəhbərliyində təmsil olunanların nüfuz baxımından aşağı olması fikrinə “yalandır” deyə reaksiya verib: “Nüfuzla bağlı dedikləriniz isə birmənalı olaraq yalandır, partiyanı aşağılamaq cəhdidir. İndiki seçilənlər arasında nüfuzsuz heç kim yoxdur. Əslində qurultaydan sonra sizin və sizə yaxın olan bir neçə insanın davranışları, hakimiyyət mətbuatında həqiqətə uyğun olmayan, yalanlarla zəngin informasiyaları verməsi, partiyanın hər kəsi cəlb edən demokratik imicini gözdən salmaqdır, Müsavatın nüfuzunu azaltmağa cəhdlərdir. Sizin davranışlarınız əslində partiyanı və özünüzü nüfuzdan salmağa səbəb olur. Biz isə partiyanın nüfuzunu sona qədər qoruyacağıq, heç kimə bu imkanı tanımayacağıq. Sizin kimi dostların nüfuzlarına dəyən zərərin isə təəssüf ki, qarşısını ala bilmirik. Bu bizdən asılı deyil, sizin özünüzdən asılıdır”.


“Sizə yaxın olan Vurğun Əyyub Məclisin iclasına belə qatılmadı”


S. Soltanlı Q. İbadoğluna Məclis sədrliyi təklif olunması haqda deyilənlərə münasibət bildirərkən bunun əleyhinə olduğunu deyib. Onun sözlərinə görə, bu yalnız seçki yolu ilə müəyyənləşməlidir: “Siz Müsavat Partiyasının işində yaxından iştirak etmək məqsədi ilə Məclisə namizədliyinizi belə vermədiniz. Sizə yaxın olan Vurğun Əyyub Məclisin iclasına belə qatılmadı. Necə fayda verməyi düşünürsüz? Yalnız Məclis sədri olmaq üçün deyil, Divana da seçilmək üçün ilk olaraq Məclisə seçilmək lazımdır. Siz bəyanat verib sizi dəstəkləyən insanları seçkili orqanlarda fəaliyyət göstərməməyə səsləmisiniz? İndi necə bu haqda doğru olmayan fikirlər səsləndirə bilərsiniz, Qubad bəy! “Davamız mənafe, vəzifə davası deyil” deyirsiniz. İcazə verin səmimiyyətinizi qəbul etməyim, siz bütün bu olanları başqan seçilə bilmədiyiniz üçün etmədinizmi? Siravi müsavatçıları, biri-birinə qardaş, dost kimi münasibət göstərən, bölmələrdə, həbsxanalarda birlikdə olan insanları az qala biri-birinə başqanlığa görə düşmən etmədinizmi? Bəli etdikləriniz, başqan seçilmədiyinizə görədir! Müsavatın nüfuzunu düşünən seçkilərdən sonra növbəti seçilmiş başqanı təbrik edib, onunla birgə işləyəcəyini deməklə partiyanın nüfuzuna nüfuz qatardı, daha bu böyüklükdə demokratik uğuru gözdən salmazdı”, - deyə o bildirib.


“Müsavatda “Mənim tərəfdarlarım” ifadəsini işlətməklə ayrımçılıq etdiniz”


Başqan müavini Q. İbadoğlunun yazdığı arayışın obyektiv olmadığını bildirib. Onun fikrincə, istefalar və hazırki problemlərin məsuliyyəti İbadoğlunun üzərinə düşür: “Siz Müsavatda “Mənim tərəfdarlarım” ifadəsini işlətməklə ayrımçılıq etdiniz. Etməyin belə, Qubad bəy! Bəli, Müsavat heç kimin deyil, amma Müsavat sahibsiz də deyil! Müsavat hər bir müsavatçınındır! Bir müsavatçı gənc olaraq sizi növbəti Məclis üzvlüyünə namizədliyinizi verməyə, partiyanın işində yaxından iştirak etməyə dəvət edirəm. Əgər səmimisinizsə, bu dəvəti qəbul edin! Mətbuatda olan müzakirələri Müsavat Partiyasının Məclisinə daşıyaq”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR