Nida.az
Əli Ömərov YAP-a qoşulmaq istəyir
Azərbaycanın sabiq baş prokuroru Əli Ömərov hakim Yeni Azərbaycan Partiyasına üzv olmaq istəyir.
Keçmiş baş prokuror Publika.az-a açıqlamasında YAP-dan dəvət olarsa, bunu qəbul etməyə hazır olduğunu vurğulayıb: “Ümumiyyətlə, mənim bir siyasi mövqeyim var. Mən Heydər Əliyev adına və şəxsiyyətinə hər zaman hörmət etmişəm. Bu gün də bu ada böyük hörmətim var. 20 ildir ki, işsizəm. Ancaq heç yerdə bir kəlmə də olsun indiki hakimiyyətin əleyhinə söz deməmişəm. Heç zaman da demərəm. Çünki Heydər Əliyev böyük şəxsiyyət idi. Mənim ona və onun adı ilə bağlı olan hər bir şeyə böyük hörmətim var. YAP deyəndə, mən Heydər Əliyevi düşünürəm. İndi də onun davamçısı olan prezident İlham Əliyevə xüsusi hörmət bəsləyirəm”.
Ə.Ömərov müxalifətlə münasibətlərindən də danışıb: “Mənim müxalifətlə heç bir əlaqəm mövcud deyil, onlara qarşı heç bir simpatiyam yoxdur. Nə Müsavat, nə AXCP, nə də digər müxalifət partiyaları ilə heç bir əlaqəm olmayıb, bundan sonra da olmayacaq”.
Xatırladaq ki, Əli Ömərov 1991-ci ildə Azərbaycan Ali Sovetinin deputatı seçilib, 1993-1995-cü illərdə isə Azərbaycanın baş prokuroru olub.
Vasif Həsənli
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK