Nida.az
Gürcü jurnalist: “Azərbaycanlıların problemini həll etmədən Avropaya gedə bilmərik”
Gürcü jurnalist Qela Vasadze Gürcüstan azərbaycanlılarının pozulan hüquqlarını araşdırıb.
Publika.az xəbər verir ki, gürcü müəllif ölkə
konstitusiyasının 38-ci maddəsinin bütün milli azlıqların
hüquqlarını qoruduğunu yazır: “Bu məlum məsələdir. Lakin realda
konstitusiyaya həmişə əməl edilmir. Ümumi mənzərədən hali olmaq
üçün Marneulidə məskunlaşan azərbaycanlılarla danışmaq kifayətdir.
Həmçinin, azərbaycanlıların yaşadığı Dmanisi və Qardabani
bölgələrindəki vəziyyətdən əhalinin dövlətdən narazılıqlarının
olduğunu, kifayət qədər problemlərin yığıldığını görmək olur. Hər
an bu problemlərin kənar qüvvələr, xüsusilə Rusiya tərəfindən
istifadə ediləcəyi təhlükəsi var”.
Azərbaycanlıların yaşadığı bölgələrdə toponim problemini qaldıran
Q. Vasadze bunun o qədər də əhəmiyyətli olmadığını iddia edib. Onun
sözlərinə görə, azərbaycanlıların bu torpaqlarda min illərdir
yaşaması, yaxud Şah Abbas tərəfindən köçürülməsi məsələlərinə
tarixi yanaşma olmalıdır: “Bu istiqamətdə günlərlə mübahisə etmək
olar. Belə mübahisələr azərbaycanlıları dövlətdən incik salır.
Hərçənd bunun üçün siyasi iradə nümayiş etdirilsə və insanların
tarixi bağlılıqlarına hörmətlə yanaşılsa, bu, Gürcüstanın bütövlüyü
deməkdir. Onlara bu ölkənin hamımızın olduğunu sübut etmək
lazımdır. Digər böyük problem Azərbaycan kəndlərində məscidlərin
tikintisidir. Burda ümumiyyətlə heç bir mübahisəyə yer yoxdur. Heç
bir dövlətin öz vətəndaşlarının dini inanclarına qarışmaq haqqı
yoxdur. Bu, dövlətin səlahiyyətlərindən kənar məsələdir”.
Gürcü jurnalist Kvemo-Kartli bölgəsində torpaqların qanunsuz
icarəyə verilməsi probleminə də toxunub.
Qeyd edək ki, 2012-ci ildən başlayaraq Borçalı bölgəsinin müxtəlif
ərazilərində münbit torpaqların 49 il müddətinə Tbilisi və Rustavi
şəhərlərində yaşayan 33 min gürcü ailəsinə icarəyə verilməsi
prosesi başlayıb. Əslən Borçalıdan olan Qafqaz Araşdırmalar
Mərkəzinin rəhbəri Kamran Ramazanlı Publika.az-a açıqlamasında
“Torpaq haqqında” yerli qanunun buna imkan yaratdığını deyib. Onun
sözlərinə görə, azərbaycanlıların əkib-becərdikləri torpaqların 70
faizinin gürcülərə verilməsinə hüquqi imkan yaradılıb: “Amma
Gürcüstan parlamentinin 1996-cı il tarixli 22 mart qərarına görə,
qonşu dövlətlərlə sərhəddən 20 kilometr aralı özəlləşdirmə aparıla
bilməz. Borçalı isə bir tərəfdən Azərbaycan, digər tərəfdən
Ermənistan sərhədi boyu Türkiyə sərhədinə qədər uzanıb gedir. Bu
qərara görə, azərbaycanlıların məskunlaşdığı əksər kəndlərdə
özəlləşdirmə aparılmamalı, torpaq isə dövlət mülkiyyəti hesab
olunmalıdır”.
K. Ramazanlı Gürcüstan parlamentinin 1996-cı il 28 iyul qərarını
xatırladaraq kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə
verilməsinin maksimum müddətinin 49 təqvim ili olduğunu deyib. Onun
sözlərinə görə, burada torpaqların təyinat məsələsi var: “Belə ki,
birinci kateqoriyada kənd adamları üçün 0,5, ikinci kateqoriyada
fermer təsərrüfatı üçün 0,13 hektar, üçüncü kateqoriyada isə şəhər
əhalisi üçün 0,16 hektar torpaq sahələri ayırmaq nəzərdə tutulur.
Bu, qorxulu məsələdir”.
QAM sədri onu da bildirib ki, Gürcüstan Nazirlər Kabinetinin 1993-cü il 16 yanvar tarixli qərarı ilə azərbaycanlılar və gürcülər üçün nəzərdə tutulan torpaq sahələri göstərilir və burada da düzgün siyasət aparılmır: “Qardabani rayonunda şəhər əhalisi üçün 6590 hektar, yerli əhali üçün isə 490 hektar torpaq sahəsi nəzərdə tutulub. Bu da istənilən şəhər əhalisinin bu qədər torpağa iddia edə bilməsinə şərait yaradır. Marnuelidə isə 5870 hektar şəhər əhalisi üçün, 120 hektar isə yerli əhali üçün nəzərdə tutulub. Hazırda əsas problem Qaraçöp mahalı ərazisində 5200 hektar torpaq sahəsinin bir gürcüyə, demək olar ki, hədiyyə edilməsidir. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların özəlləşdirilməsi haqqında qanunlara əlavə və dəyişiklilərin edilməsi ilə bağlı Gürcüstan parlamentinin 2000-ci il qərarının 8-ci maddəsinin 2-ci bəndində isə göstərilir ki, kənd təsərrüfatı torpaqlarının özəlləşdirilməsində yerli icarədarın üstün hüququ var. Eyni zamanda, bu torpaqlar müxtəlif vaxtlarda ayrı-ayrı olaraq icarəyə verilib. Yəni 49 təqvim ilinin baş çatıb-çatmadığı məlum deyil”.
QAM sədri 2012-ci ildən başlayan bu prosesin yeni hökumət
tərəfindən də davam etdirildiyini deyib. Onun sözlərinə görə,
azərbaycanlılar buna etiraz etdikdən sonra proses səngidi. Lakin
daha sonra bir qədər fərqli formada proses davam etdirilir.
Q. Vasadze də bu problemə diqqət çəkərək icarələrdə şəffaflığın
olmamasını qeyd edib. Onun sözlərinə görə, ədalətli şəkildə bölgü
və şəffaflıq yerli əhalinin mərkəzi hökumətə itmiş inamını qaytara
bilər.
Daha sonra gürcü jurnalist azərbaycanlıların dil probleminə
toxunur. V. Vasadze Azərbaycan məktəblərinin artırılmasının
vacibliyini qeyd edir. Eyni zamanda, problemin maraqlı həll yolunu
təklif edib: “Azərbaycanlılar arasında stimulverici məsələləri
təşviq etmək lazımdır. Misal üçün, gürcü dilini bilməyin rayon
rəhbəri seçilməkdə yardımçı olması məsələsi təbliğ edilməlidir. Hər
kəs bilməlidir ki, siyasətdə milli kimlik əsas deyil. Əsas olan
azad və ədalətli Gürcüstanın qurulmasıdır və bu prosesdə
millətindən asılı olmayaraq hər kəs yaxından iştirak edə
bilər”.
Q. Vasadze bu problemləri həll etmədən Gürcüstanın Avropaya
getməsini mümkünsüz hesab edir: “Bu, azərbaycanlıların deyil, bütün
Gürcüstanın problemidir. Uğurlu gələcəyimiz bunun həllindən
asılıdır”.
Asif Nərimanlı
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR