Müsavat üzvü: “İcra aparatının rəhbəri Gülağa Aslanlı olacaq”
Bizi izləyin

Nida.az

Müsavat üzvü: “İcra aparatının rəhbəri Gülağa Aslanlı olacaq”

“Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı olacaq”.


Bunu Publika.az-a açıqlamasında partiya başqanının keçmiş müşaviri, Arif Hacılıya qarşı çıxan müsavatçıların əsas simalarından olan Hüseyn Məlik deyib.


H. Məlik buna əmin olduğunu bildirib: “Bu məsələ əvvəldən bəllidir. Əvvəldən dəqiqləşmiş bir çox təyinatlar kimi, bu da planlaşdırılıb”.


Qeyd edək ki, qurultaydan bir neçə gün sonra Publika.az bu barədə yazmışdı. Partiya fəallarının birinin verdiyi məlumata görə, G. Aslanlı Arif Hacılının başqan seçilməsindən sonra boş qalmış yerinə əsas namizəd kimi göstərilir.


“Gülağa Aslanlı əvvəldən də Arif bəyi dəstəkləyirdi, onun seçki kampaniyasında əsas sima idi. Arif Hacılının başqan olacağı təqdirdə partiyada ikinci əsas vəzifə hesab olunan icra aparatının rəhbərliyinə Aslanlının gətiriləcəyi əvvəldən razılaşdırılmışdı. Yaxın günlərdə bununla bağlı sərəncam veriləcəyi gözlənilir”, - deyə adını açıqlamaq istəməyən partiya fəalı bildirmişdi.


H. Məlik isə daha bir maraqlı məqama toxunub. O, MNTK-nın Qubad İbadoğlunun arayışına verilən rəyin G. Aslanlı tərəfindən hazırlandığını iddia edib: “Qubad İbadoğlunun MNTK-ya göndərdiyi arayışa verilən cavabı Gülağa Aslanlı hazırlayıb, Arif Hacılı oxuyandan sonra İsa Qəmbər redaktə edib. MNTK-da müzakirə açmadan səsə qoyub qəbul edilibdir”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm