İlham Əliyev qəbul keçirdi - Yenilənib
Bizi izləyin

Nida.az

İlham Əliyev qəbul keçirdi - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer Kaybiçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi, yüksək səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulandı.

İqtisadi əməkdaşlığın razılıq doğurduğu bildirilərək, Azərbaycanda iqtisadiyyatın bir sıra sahələrində Avstriya şirkətlərinin səmərəli fəaliyyət göstərdiyi vurğulandı, əlaqələrimizin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edildi.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı, yüksək səviyyədə keçirilən görüşlərin, o cümlədən Fransaya son səfəri zamanı Prezident Fransua Ollandla keçirdiyi görüşün əlaqələrimizin daha da möhkəmlənməsi baxımından önəmini qeyd etdi.

Dövlətimizin başçısı Fransada təsis olunmuş Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Rəhbərlik etdiyi qurumda Fransa cəmiyyətinin müxtəlif təbəqələrinin nüfuzlu nümayəndələrinin birləşdiyini diqqətə çatdıran Jan-Fransua Mansel Azərbaycan ilə Fransanın bir-birini daha yaxından tanıması üçün səylərini əsirgəməyəcəklərini dedi. Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi və iqtisadi əlaqələrin bu işə öz müsbət təsirini göstərəcəyinə ümidvar olduğunu qeyd edən Jan-Fransua Mansel onlara göstərilən diqqət və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olundu, son vaxtlar bu münasibətlərin dinamik inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın yaxşı perspektivlərinin olduğu qeyd edildi.

İkitərəfli əlaqələrimizin turizm, gənclər, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, hava nəqliyyatı və digər sahələrdə daha da genişləndirilməsi müzakirə olundu.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm