• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanı qarışdırmaq üçün 200 min adamı kim gətirmək istəyib?

  • Nida.az
  • 3 Noyabr 2014 14:52
  • 927 Baxış
Azərbaycanı qarışdırmaq üçün 200 min adamı kim gətirmək istəyib?

Laçın özünümüdafiə alayının keçmiş komandiri, mühacirətdə yaşayan polkovnik Arif Paşa Avstriyada yaşayan Xətai rayonun keçmiş prokuroru, keçmiş OMON-un rəhbəri olmuş Rövşən Cavadovun qardaşı Mahir Cavadova qarşı sərt açıqlama ilə çıxış edib.

Publika.az xəbər verir ki, “facebook” vasitəsilə M. Cavadovu tənqid edən polkovnik onu ləyaqətsiz yazılar yazıb gizlənməkdə ittiham edib.


“Qazaxıstandan gətirmək istədiyiniz və Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olacaq 200 min nəfəri Laçına buraxmadığımı həzm edə bilmədiyini bilirəm. Ləyaqətsiz yazılar yazıb gizlənmək kişilikdən deyil. Mən çox dözdüm. Mənə zəhər vermək üçün tutduğun aşpazı, məni güllələmək üçün tutduğun killeri, mənə böhtanlar atdırdığın PKK-çını, Laçının işğalına görə məni yalandan həbs etdirməyini unutmaq istədim. Sən imkan vermədin. Şəhidlərin ruhuna and içirəm ki, bunların cavabını verəcəksən. Sən bu xalqa ancaq fəlakət gətirə bilərsən. Zamanında gətirdiyin kimi” , - deyə o bildirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR