Nida.az
Sorğu: Prezident İlham Əliyevin reytinqi yüksək olaraq qalır
Azərbaycan Prezidenti İlham Əliyevin reytinqi yüksək olaraq qalır. "Rəy" Monitorinq Mərkəzindən Trend-ə daxil olan məlumata görə, mərkəzin bu günlərdə Bakıda keçirdiyi "omnibus" tipli ictimai rəy sorğusunun nəticələri göstərir ki, paytaxt əhalisinin əksəriyyəti ölkə başçısını dəstəkləyir.
Sorğu zamanı məlum olub ki, prezident seçkiləri gələn bazar günü
keçirilsəydi, səsvermə məntəqələrinə gələcək respondentlərin
əksərriyəti (83%) öz səsini hazırkı ölkə başçısına verərdi.
Bakı sakinlərinin 65%-i Azərbaycan Prezidenti postunda İlham
Əliyevə alternativ görmürlər.
Respondentlərin 82%-i "İlham Əliyev sizin kimi insanların
maraqlarına cavab verirmi" sualını müsbət cavablandırıb ("tam" və
ya "qismən" cavab verir).
Rəyi soruşulanların 68%-i isə ölkədə işlərin düzgün istiqamətdə
getdiyini düşünür.
"Omnibus" tipli ictimai rəy sorğusu 2014-cü il oktyabrın 17-dən
21-dək keçirilib. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə
keçirilən sorğuya 18 yaşdan yuxarı 1300-ə yaxın sakin cəlb olunub.
Sorğu nəticələrinin statistik nisbi xətası 3,4%-dən çox deyil.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO