Siyavuş Novruzov: “Əli Ömərov partiyaya müraciət edə bilər”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Əli Ömərov partiyaya müraciət edə bilər”

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov sabiq baş prokuror Əli Ömərovun YAP-a üzv olmaq istəməsi barədə fikirlərini şərh edib.

YAP-çı deputat Publika.az-a açıqlamasında deyib ki, Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün rəsmi şəkildə partiyaya müraciət olunmalıdır: “Daha sonra partiya bu məsələyə baxıb qərar verə bilər. Əli Ömərov “91-lərdəndir”. Odur ki, Ə.Ömərov bununla bağlı da partiyaya müraciət edə bilər”.

Xatırladaq ki, Azərbaycanın sabiq baş prokuroru Əli Ömərov Publika.az-a açıqlamasında YAP-a üzv olmaq istəməsini dilə gətirib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm