• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ermənidən etiraf: “Osmanlını yıxan ermənilərin nəticələri Laçına köçürülür”

  • Nida.az
  • 3 Noyabr 2014 16:26
  • 1 046 Baxış
Ermənidən etiraf: “Osmanlını yıxan ermənilərin nəticələri Laçına köçürülür”

Suriya ermənilərindən təkcə 28 ailə Azərbaycanın işğal edilmiş Laçın rayonunda yerləşdirilib.


Publika.az xəbər verir ki, bunu Suriyadan qaçqın kimi gələn ermənilərin yerləşdirilməsi prosesində iştirak edən Robert Matevosyan etirafı edib.


Onun sözlərinə görə, suriyalı ermənilər müxtəlif bölgələrdə məskunlaşdırılır. Lakin təkcə onun iştirakı ilə 3 ailə Laçında yerləşdirilib. İndiyə qədər Laçında yerləşdirilən erməni ailələrinin sayı 28-ə çatıb: “Onların bəziləri burda müvəqqəti yaşayır. Bir çoxu isə həmişəlik qalmağı düşünür”.


Qeyd edək ki, suriyalı ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə yerləşdirilməsi prosesi zaman-zaman davam edir. Rəsmi Bakı buna etiraz etsə də, İrəvan faktdan boyun qaçırdır. Matevosyanın etirafı isə bunu bir daha sübut etdi.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollzadə Publika.az-a açıqlamasında bunun qarşısının alınması üçün beynəlxalq təşkilatlara üz tutmağı təklif edir. Onun sözlərinə görə, bu faktiki olaraq beynəlxalq hüququn pozulmasıdır: “Azərbaycan bütün beynəlxalq təşkilatlarda hüquq normalarının kobud sürətdə pozulması iddialarını qaldırmalıdır. Biz buna heç bir halda imkan verməməliyik. Suriya ermənilərinin Azərbaycanın işğal edilmiş torpaqlarına yerləşdirilməsi faktı var idi. Bundan əvvəl Qubadlı və digər rayonlarda da yerləşdirilirdi. İndi isə Laçına keçdiklərini özləri etiraf edirlər. Bunun qarsısın almaq üçün ilk öncə Azərbaycan beynəlxalq təşkilatların qarşısında məsələ qaldırmalıdır”.


Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc Publika.az-a açıqlamasında Ermənistanın bununla sülh danışıqlarına zərbə vurduğunu deyib. Onun fikrincə, Azərbaycan buna qarşı addımlarını sərtləşdirlməlidir: “Ermənistanda demoqrafik böhranın yaşandığı göz önündədir. Hər gün minlərlə erməni, xüsusilə gənclər Ermənistanı tərk edir və geri qayıtmaqdan imtina edirlər. Ermənilərin ölkədən qaçmaq üçün sıraya durduğu bir vaxtda Ermənistan hökuməti Suriya ermənilərini ölkəsinə nə üçün dəvət edir? Bu məsələ Ermənistandakı acınacaqlı vəziyyəti nümayiş etdirir. Suriyalı ermənilər də yəqin Rusiyaya, ya da Avropaya qaçacaqlar. Vəziyyət onlardan bunu tələb edəcək. Amma biz bunun baş verməsini gözləməliyik. Ermənistan bu davranışları bizim hərəkətə keçməyimizə imkan verir”.


Politoloq Rasim Ağayev isə daha sərt addımın tərəfdarıdır. O, Publika.az-a açıqlamasında müharibə variantını da istisna etmir.


“Rəsmi İrəvan bu günə qədər atdığı yanlış addımların ciddi nəticələr verəcəyini düşünməyib, ya da düşünmək istəməyib. Bu vaxta qədər Ermənistan tərəfi qeyri-konstruktiv addımlar atıb, böyük yanlışlığa yol verib. Bu məsələ də qarşı tərəfin ciddi səhvlərindəndir. Əgər suriyalı ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılması məsələsi doğru olacaqsa, rəsmi Bakı heç nəyi gözləmədən beynəlxalq hüququn imkan verdiyi siyasətə keçməlidir. Bu hüquq isə bizə torpaqlarımızın işğaldan azad edilməsinə zəmanət verir” , - deyə politoloq bildirib.


Bu arada Suriyadan Azərbaycan torpaqlarına köçürülən ermənilərin kimliyi də maraqlıdır. Onları 1915-ci il hadisələrinə görə Osmanlı Türkiyəsindən Suriyaya deportasiya edilən ermənilərin nəvə-nəticələri hesab etmək olar. İndi onların Qarabağda yerləşdirilməsi olduqca təhlükəli plandır.

Onu da qeyd edək ki, vaxtilə Suriya və Livan ermənilərindən formalaşdırılmış “Arabo” və “Aramo” batalyonlarının Qarabağda dinc azərbaycanlı əhaliyə necə divan tutduğu barədə faktlar hamıya məlumdur. Bu muzdlu batalyonları Xocalı, Qaradağlı qətliamlarını törədən əsas qüvvələr olublar və xüsusi amansızlıqları ilə seçiliblər.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR