• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Siyavuş Novruzov: “Rauf Arifoğlu bunları Allaha tapşırmışdı...”

  • Nida.az
  • 3 Noyabr 2014 16:58
  • 351 Baxış
Siyavuş Novruzov: “Rauf Arifoğlu bunları Allaha tapşırmışdı...”

“Müsavat daxilində baş verən gərginlik keçirilən ədalətsiz seçkinin nəticəsidir”.

Bu sözləri Publika.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, Müsavat üzvləri seçkilərinin ədalətli və şəffaf keçirilməsini tələb edirlər: “Müsavat partiyasında seçki saxtakarlığı birinci dəfə deyil. Keçmişdə parlament və bələdiyyə seçkilərində də Müsavatda dəfələrlə seçki saxtakarlığına yol verilib. Hətta vaxtilə bunlar parlament seçkiləri ərəfəsində özləri üçün siyahı tutanda, Rauf Arifoğlu bunları Allaha tapşırmışdı. Ona görə də seçki saxtakarlığı və ədalətsizliyi Müsavat partiyası üçün ənənəvi xarakter daşıyır. Digər tərəfdən isə, İsa Qəmbər Müsavatda öz hakimiyyətini qoruyub saxlamaq üçün bütün ədalətsizliyi və saxtakarlığı edir. Ancaq üzdə hər kəs demokrat kimi görünməyə çalışır. Ona görə də İsa Qəmbərin Müsavat partiyasında reytinqi çox aşağı səviyyədədir. Əksəriyyət istəyir ki, İsa Qəmbər partiya rəhbərliyindən tamamilə uzaqlaşsın. Çünki İsa Qəmbərin Müsavat partiyasına rəhbərlik etdiyi bu neçə illər ərzində partiyada heç bir irəliləyiş əldə olunmayıb, əksinə, partiya tənəzzülə uğrayıb və bütün seçkilərdə biabırçı şəkildə məğlub olub. Müsavat partiyasında yer almış simalar isə zaman-zaman partiyadan kənarlaşıblar. İndi də vəziyyət o yerə çatıb ki, partiya üzvləri açıq şəkildə tələb ortaya qoyurlar. Hesab edirəm ki, bu da doğru addımdır. Çünki Müsavatda yenidən qurultay keçirilməsə, o zaman partiya tərkibində bir neçə partiya yaranacaq”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR