• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Moskva silah satmaqla Bakını asılılığında saxlamağa çalışır” - İDDİA

  • Nida.az
  • 3 Noyabr 2014 19:00
  • 900 Baxış
“Moskva silah satmaqla Bakını asılılığında saxlamağa çalışır” - İDDİA

Rusiyanın məşhur hərbi eksperti Alekandr Qols ermənilərin Moskvanın Azərbaycanı silahlandırması iddiaları haqqında danışıb.


Publika.az xəbər verir ki, rusiyalı ekspert İrəvanı narahat olmamağa çağırıb: “Rusiyanın Azərbaycanla hansısa formada münasibətləri Ermənistana qəsd kimi qəbul edilməməlidir. Rusiyanın Cənubi Qafqazda siyasəti Azərbaycan və Ermənistan arasında münasibətləri tarazlaşdırılmış formada saxlamaqdır. Ermənistan bu gün Putinin ən vacib layihəsi olan Avrasiya İttifaqındadır və İrəvan Moskva üçün qiymətli partnyordur. Rusiya Ermənistan sərhədlərinin müdafiəsini üzərinə götürüb. Buna görə də Ermənistanla Azərbaycan arasında istənilən hərbi qarşıdurma Rusiya üçün qəza deməkdir”.


Hərbi ekspert etiraf edir ki, Rusiya Azərbaycanı sakitləşdirməyə çalışır.


“Rusiya Ermənistana yardım edir, ona ucuz silah verir. Buna paralel olaraq Azərbaycanla münasibətləri qurur. Rusiya hələ ki Azərbaycanı sakitləşdirməyə çalışır. Çünki Bakı Moskva üçün son dərəcədə əhəmiyyətli partnyordur” , - deyə ekspert bildirir.


Ardınca Qols Moskvanın ilginc siyasətini açıqlayır: “Rusiya Azərbaycana silah satmaqla Bakını öz asılılığına salmaq istəyir. Hədəf məhz buna hesablanıb”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR