Nida.az
Deputatları Avronest PA-nın komitə iclaslarında çıxış edəcəklər
Noyabrın 4 və 5-də Avronest Parlament Assambleyasının Siyasi işlər, insan hüquqları və demokratiya, İqtisadi inteqrasiya, Enerji təhlükəsizliyi, Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin iclasları keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclaslarda Azərbaycanın millət vəkilləri Elxan Süleymanov, Azər Kərimli, Rasim Musabəyov və Azay Quliyev iştirak edəcəklər.
Komitələrdə demokratiya, yaxşı idarəetmə və sabitlik, Şərqi Ukraynada münaqişə və Avropada təhlükəsizliyə dair təhdidlər, Avropa İttifaqı ilə iqtisadi inteqrasiya və yaxınlaşma, Avropa İttifaqı və "Şərq tərəfdaşlığı" ölkələri arasında birgə nəqliyyat layihələri sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi, "Şərq tərəfdaşlığı" çərçivəsində mədəniyyətlərarası dialoq və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Deputatlarımız müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər.
Səfər noyabrın 6-da başa çatacaq.
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar