• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Erməni Nalçı və türk Ağılçı

  • Nida.az
  • 4 Noyabr 2014 02:54
  • 365 Baxış
Erməni Nalçı və türk Ağılçı

Türkiyədə ermənilərin aztirajlı, ancaq tanınmış bir qəzeti var. Adı "Aqos" qəzetidir. Xatırlayırsınızsa, baş redaktoru Hrant Dinki bir neçə il öncə küçədə öldürdülər və bu hadisəni Türkiyədə əməlli başlı ermənilərin təbliğat kampaniyasına çevirdilər. "Həpimiz erməniyik!" deyənlərin bağırtılarını yəqin ki, xatırlamış olardınız.

Həmin qəzetin keçmiş yazarı, hazırda türklərin "Yeni Şafak" qəzetinin yazarı olan Aris Nalçı 10 gün öncə T24 adlı saytda Dağlıq Qarabağa səyahətindən yazıb. Dağlıq Qarabağı müstəqil cümhuriyyət adlandırıb, orada ermənilərin Kobanidə olduğu kimi öz evlərinin təhlükəsizliyini qoruduğunu anlatmağa çalışıb.

Türkiyə Cümhuriyyətinin vətəndaşının separatçı bir bölgəni və Azərbaycan ərazisinin ayrılmaz parçasını müstəqil bir cümhuriyyət kimi tanıması, Azərbaycan dövlətinin icazəsi olmadan bir bölgəyə səyahət etməsi özlüyündə rəsmi Türkiyənin münasibət bildirməsini zəruri edən bir faktdır və Azərbaycanın Xarici İşlər Nazirliyi yəqin ki, istirahətinə haram qatıb bu faktın Türkiyədəki həmkarlarından izahatını tələb edəcəklər. Çünki burada söhbət ayrıca bir ermənidən deyil, Azərbaycan əleyhinə fəaliyyət göstərən və onun qanunvericiliyini pozan Türkiyə Cümhuriyyətinin erməni əsilli vətəndaşından gedir.

Maraq doğuran digər məsələ isə Kobani ilə Dağlıq Qarabağın müqayisəsindən gedir. Guya hər ikisində adamlar öz evlərini qoruyurlar və onların hər ikisinin bu mübarizəsini haqlı sayır. Maraqlıdır ki, həm Kobanidə, həm də Dağlıq Qarabağda mülki əhali deyilən bir anlayış demək olar ki, ciddi qəbul olunmur. Hər ikisində də terrorçular söz sahibidirlər. Kobanidəki əhalinin əksəriyyəti Türkiyənin sərhəd bölgələrinə sığınıb, Dağlıq Qarabağın mülki əhalisi isə: statistikaya görə 60 min azərbaycanlı erməni vəhşiliyindən qurtularaq Azərbaycanın digər rayonlarında məskunlaşıb, 100 minə yaxın erməni əhalisinin çoxu isə iqtisadi vəziyyətin ağırlığına görə ya xarici ölkələrə gedib, ya da Ermənistanın siyasi və iqtisadi sferasında aparıcı mövqeləri işğal edərək orada məskunlaşıb. Hər dəfə məgər Ermənistanda Dağlıq Qarabağ klanının ölkə siyasətini və iqtisadiyyatını işğal etməsi barədə ittihamların səsləndiyini duymuruqmu?

Əlbəttə, Dağlıq Qarabağda az sayda mülki əhali var, bunların da yaşamı məhz terrorçulara xidmət sferası ilə bağlıdır. Ona görə də Kobanidə İŞİD terrorçu qrupu kürd terrorçu qrupu ilə üz-üzə gəlib, Dağlıq Qarabağda isə erməni terrorçiları ilə Azərbaycan dövlətinin ordusu üz-üzədir.

Bu necə müstəqil respublikadır ki, heç Ermənistanın özü cəsarət edib, onu rəsmən tanımır? Ona görə də hər iki misalda müqayisəni aparanda bunu guya məsum insanların öz təhlükəsizliyini qoruması kimi təqdim etmək, əslində, terrora və terrorçulara haqq qazandırmaq niyyətindən irəli gəlir.

Burada ən düşündürücü və üzücü məsələ budur ki, bir erməni Nalçı, minlərlə türk Ağılçıya öz yalanını oxutmağa cəsarət edə bilir. İndi anlaşıldımı niyə bir əsr müddətində yalançı "erməni soyqırımı" rahatlıqla dünya insanına sırına bildi?

Fazil Mustafa

Xəbər lenti

DAHA ÇOX XƏBƏR