Nida.az
Nəsib Nəsiblinin istefasına reaksiya: “Müsavatdan qopmaların sayı artacaq”
“Partiyada cərəyan edən proseslər qopmaların sayını artıracaq”.
Bunu Publika.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd
Səxavət Əlisoy Nəsib Nəsiblinin partiyadan istefasına münasibət
bildirərkən deyib.
S. Əlisoy N. Nəsiblinin istefasını Müsavat üçün böyük itki hesab
edir.
“İstefanın səbəbləri barədə məlumatım yoxdur. Nəsib bəyin özü nə
vaxtsa bu səbəbləri açıqlayacaq. Lakin partiyada cərəyan edən
proseslərin qopmaların sayını artıracağını düşünürəm. Çünki
ləyaqətli müsavatçıların saxtakarlığı həzm etməsi çətin məsələdir”,
- deyə o bildirib.
S. Əlisoy yeni rəhbərliyə güclü Müsavatın lazım olmadığınını deyib:
“Dost-tanışlarından, qohum-qardaşlarından ibarət bir qurum
lazımdır. Güclü Müsavatı populistlər idarə etmək iqtidarında deyil.
Bunun üçün zehniyyət dəyişməlidir. Ömrünü şüarçılığa həsr etmiş
birisi heç vaxt düşüncələrini dəyişə bilməz”.
O, noyabrın 8-dən sonra bir çox suallara cavab tapılacağını, bəzi
məsələlərə aydınlıq gətiriləcəyini deyib.
Qeyd edək ki, noyabrın 8-də Qubad İbadoğlu və yeni rəhbərlikdən narazı olanlar bir araya toplanacaq.
Asif Nərimanlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...