Əli Ömərov prezidentə müraciət etdi – ÖZƏL
Bizi izləyin

Nida.az

Əli Ömərov prezidentə müraciət etdi – ÖZƏL

Azərbaycanın sabiq baş prokuroru Əli Ömərov Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət edib.

Bu barədə Publika.az-a Ə.Ömərov özü məlumat verib.

Müraciət ərizəsini bu gün yazdığını vurğulayan Ə.Ömərov deyib ki, məktubda YAP-a üzv qəbul edilməsi ilə bağlı xahiş edib: “Məktubumda Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevdən xahiş etdim ki, “91-lərdən” olduğumu nəzərə alaraq, partiyanın müvafiq orqanlarına üzv qəbul olunmağıma köməklik göstərsin”.

Xatırladaq ki, Ə.Ömərov YAP-a üzv olmaq istəyi barədə ilk açıqlamasını ötən gün Publika.az-a müsahibəsində dilə gətirib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm