• USD 1,7025 +0,02% EUR 1,8627 +0,72%
    • GBP 2,1858 +0,43% RUB 0,0304 -0,33%

“Bəzilərinin seçkiyə şübhə etməsi partiyaya zərbədir” – Müsavatdan bəyanat

  • Nida.az
  • 4 Noyabr 2014 13:53
  • 344 Baxış
“Bəzilərinin seçkiyə şübhə etməsi partiyaya zərbədir” – Müsavatdan bəyanat

Müsavat Partiyası daxilində baş verən ixtilaflarla bağlı bəyanat yayılıb.


Partiyadan Publika.az-a daxil olan bəyanat 2014-cü il noyabrın 2-də Cəlilabad şəhərində Müsavatın Biləsuvar, Masallı, Cəlilabad rayon təşkilatları üzvlərinin iştirakı ilə keçirilən zona müşavirəsində qəbul edilib.


Bəyanatda partiyadaxili söz-söhbətlərə son qoyulmağa çağırılır.


“Müşavirə iştirakçıları bələdiyyə seçkilərinə rəsmi start verildiyi və partiya Məclisinin bələdiyyə seçkilərində iştirakının məqsədəuyğunluğu haqda qərarını əsas götürərək, partiya üzvlərini bu seçkilərdə fəal iştirak etməyə çağırır. Müşavirə iştirakçıları həmçinin Müsavat Partiyasının VIII Qurultayının yüksək səviyyədə baş tutduğunu, alternativ əsaslarla azad, ədalətli və demokratik seçkilərlə partiya başqanı, sərbəst Məclis üzvləri və MNTK üzvlərinin seçilməsini müsbət hal kimi qiymətləndirir. Eyni zamanda, partiya nizamnaməsində nəzərdə tutulan bir nəfərin ardıcıl iki dəfədən artıq partiya başqanı seçilməsini yasaqlayan müddəanı tətbiq etməklə, ölkədə fəaliyyət göstərən partiyalara örnək ola biləcək mütərəqqi ideya verib. Seçki Komissiyası başqanlığa namizədlərin irəli sürdükləri nümayəndələrdən paritet əsaslarla təşkil olunması, qurultayadək bütün namizədlərə təbliğatlarını qurmaq, partiya üzvləri ilə görüşmək üçün bərabər şərait yaradılması, xüsusilə qurultay günü səsvermənin keçirilməsi və səslərin sayılmasını aşkar şəkildə, media nümayəndələrinin müşahidəsi altında aparılmasını partiyanın uğuru və demokratik prinsiplərə sədaqətinin nümayişi kimi qiymətlədirilməlidir”, - deyə bildirilir.


Müşavirə iştirakçıları seçkinin nəticələrini şübhə altına alanların iddialarını əsassız hesab edir: “Seçkilərin nəticələrini Seçki Komissiyası yekdilliklə təsdiq edib, yekun protokol komissiyanın bütün üzvləri tərəfindən imzalanıb. Bütün bunlara rəğmən qurultaydan sonra bəzi qurultay nümayəndələrinin və partiya üzvlərinin seçkilərin nəticələrini şübhə altına alma cəhdlərini əsassız və partiya maraqlarına ciddi zərbə kimi qiymətləndiririk. Biz hesab edirik ki, partiyadaxili demokratiyanın inkişaf etdirilməsi baxımından fikir plürazminin olması təbii və çox vacibdir. Lakin bu imkanlardan qərəzli formada istifadə edib, guya partiyada ciddi problemlər olduğu görüntüsü yaratmaq cəhdlərinin yolverilməz olduğunu və bu kimi cəhdlərin Müsavat Partiyasını, bütövlükdə demokratik düşərgənin maraqlarına deyil, daha çox hakimiyyətin maraqlarına uyğun olduğu qənaətindəyik. Bizim düşüncəmizə görə, partiyanın gücləndirilməsi, onun qarşıya qoyduğu əsas hədəflərə çatmasına yardımçı olmaq arzusunda olanların partiya strukturlarında təmsil olunması daha effektli və məqbul yoldur. Biz - müşavirə iştirakçıları hamını bu söz-söhbətlərə son qoyub, Müsavat Partiyasının öz hədəflərinə çatması uğrunda mübarizəyə səfərbər olmağa çağırırıq”.


Asif Nərimanlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR