Keçmiş müavinindən İqbal Ağazadəyə xəbərdarlıq: “Başıma gələnləri arxivləşdirmişəm”
Bizi izləyin

Nida.az

Keçmiş müavinindən İqbal Ağazadəyə xəbərdarlıq: “Başıma gələnləri arxivləşdirmişəm”

Ümid Partiyasının keçmiş sədr müavini Könül Quliyeva İqbal Ağazadə haqqında maraqlı iddialar səsləndirib.

Publika.az xəbər verir ki, K. Quliyeva partiyada fəaliyyət göstərdiyi vaxtlarda İ. Ağazadə və ona yaxın olan adamlar tərəfindən təzyiqlərə məruz qaldığını bildirib.

O, “facebook” səhifəsində partiyadakı fəaliyyəti dövründə baş verənləri tam təfsilatı ilə danışmağın hələlik ona zərər verə biləcəyini yazıb: “Başıma gələnləri indi danışmaq mənim zərərimədir! Bu mövcud durumda susmaq məcburiyyətindəyəm. Üzləşdiyim vəziyyətdə bir çoxlarının mənə qarşı müttəfiq olduğu, eyni addımı atdığı və bir-biri ilə əməkdaşlıq etdiyi qənaətinə gəldim. Bu qənaətimdə nə qədər haqlı olub-olmadığımı zaman göstərəcək. Amma hər kəsə bəyan edirəm ki, mən günahsız və zəif, onlar isə günahkar, çox qüdrətli və bir qadını asanlıqla məhv etmək gücündədirlər. Odur ki, başıma gələn hər şeyi video-müraciətdə qeyd edib arxivləşdirmişəm...”

Könül Quliyeva partiya rəhbərliyi tərəfindən ona qarşı təzyiqlər davam edərsə, videonu yayacağını, eyni zamanda məhkəməyə də müraciət edəcəyini istisna etməyib: “Videoçəkilişdə lazımi faktlar yer alıb. Əgər vəziyyət tələb edərsə, məhkəməyə müraciət edəcəyəm. Yəni, yenə həmin hadisələrlə üzləşərəmsə, həyatımda hər hansı təhlükə olarsa, o zaman məhkəməyə üz tutmaq məcburiyyətindəyəm”.

Xatırladaq ki, Ümid partiyası sədrinin müavini Könül Quliyeva partiyada tutduğu vəzifədən və partiya üzvlüyündən istefa verdiyi haqda açıqlamanı bu ilin iyun ayında özünün “facebook” səhifəsində yazdıqdan sonra ona qarşı partiya sədri İqbal Ağazadənin təzyiqləri daha da artmağa başlayıb.


P.S. Könül Quliyevanın “Ümid”dən hansı səbəblərə görə uzaqlaşdırılması haqda Publika.az-a ilginc məlumatlar daxil olub. Lakin onun özü bunun yayılmasına qarşı olduğu üçün məlumatları yayımlamırıq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm