Bolqarıstanla hərbi əməkdaşlıq müzakirə olundu
Bizi izləyin

Nida.az

Bolqarıstanla hərbi əməkdaşlıq müzakirə olundu

Noyabrın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Maya Hristovanı qəbul edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, müdafiə naziri səfirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm