Zahid Qaralovdan Əli Ömərovun müraciətinə münasibət: “Alqışlayıram”
Bizi izləyin

Nida.az

Zahid Qaralovdan Əli Ömərovun müraciətinə münasibət: “Alqışlayıram”

Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, məşhur “91-lər”dən biri, YAP-ın Səbail rayon təşkilatının sədri Zahid Qaralov sabiq baş prokuror Əli Ömərovun YAP-a üzv olmaq üçün prezident İlham Əliyevə müraciətinə münasibət bildirib.

Z.Qaralov Publika.az-a açıqlamasında deyib ki, Əli Ömərovun bu addımı alqışa layiqdir: “Yaşından asılı olmayaraq hər kəs YAP-a üzv ola bilər. YAP Kommunist Partiyası deyil. Kim bu partiyaya könüllü gəlirsə, biz onları qəbul edirik. Nizamnamədə də qeyd olunduğu kimi, yaşından asılı olmayaraq hər kəs YAP-a üzv ola bilər. Kimlər bu partiyaya könüllü formada gəlib üzv olmaq istəyirsə, mən bunu alqışlayıram və qəbul edirəm. Əli Ömərov da hansı ərazidə yaşayırsa, YAP-ın həmin rayon üzrə təşkilatına müraciət etsin. Onu YAP-a üzv qəbul edəcəklər. Çünki Əli Ömərov “91-lər”dən biridir, sınanmış insandır”.

Z.Qaralov həmçinin qeyd edib ki, YAP-a sırf vəzifə və iş əldə etmək üçün üzv olmaq doğru deyil: “YAP-ın hər bir üzvü yüksək vəzifə daşıya bilməz. Hökm deyil ki, hamı vəzifə daşısın. Gərək hərə bir iş görsün”.

Xatırladaq ki, Əli Ömərov bu gün Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm