Nida.az
Siyasi partiyalar üçün yeniliklər
Azərbaycan Prezidenti İlham Əliyev “Siyasi partiyalar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib.
Qanuna edilən əlavəyə görə, üzvlük haqqı siyasi partiyanın üzvləri tərəfindən siyasi partiyanın nizamnaməsinə uyğun olaraq pul formasında mütəmadi ödənilən vəsaitdir. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir.
Digər əlavəyə görə isə şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi on min manatdan artıq ola bilməz.
Bundan başqa qanuna edilən dəyişikliyə görə, siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.
Qanuna edilən digər əlavəyə görə, Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında siyasi partiyalar maliyyə fəaliyyətlərinə dair əlavə məlumatları və sənədləri təqdim etməlidirlər.
Siyasi partiyaların illik maliyyə hesabatları Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilməlidir.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR